Skip to playerSkip to main contentSkip to footer
  • 2/3/2016
Elektron siqaretlər siqareti tərgitmək istəyənlər üçün əlverişli vasitə olsa da, sağlamlığa zərərli maddələr bu cihazın tərkibində də mövcudur.

Amerikalı mütəxəssislər apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər.

Araşdırmalar nəticəsində məlum olub ki, elektron siqaretlər tərkibində tütün və başqa kimyəvi cisimlər olan siqaretlər qədər təhlükəlidir. Bu siqaretə əlavə olunmuş kanseroqon tipli kimyəvi tərkib insan orqanizmində xərçəng xəstəliyi yarada bilir. Eyni zamanda elektron siqaretlər stafilakok bakteriyasının inkişafına da münbit şərait yaradır. Bu bakteriya isə insanda pnevmaniya və sepsis kimi ağır xəstəliklərə səbəb olur.

Qeyd edək ki, hazırda yer üzündə il ərzində 6 trilyon ədəd siqaret istehsal edilir. Həmçinin siqaret il ərzində 6 milyon insanın ölümünə səbəb olur. Son 7 ildə siqaret istehsalının həcmi 12 faiz artıb. Bu da siqaretin ən çox gəlir gətirən sahələrdən biri olması ilə bağlıdır.

Category

🗞
News

Recommended