Skip to playerSkip to main content
  • 10 years ago
Bakının müəyyən avtomobil yollarında hava şəraitinin pisləşməsi ilə əlaqədar maksimal hərəkət sürəti aşağı salınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, artıq sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda dəyişiklik də edilib. "Koroğlu" metro stansiyasından Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Hava Limanından "Nargilə" kafesinədək yollarda hərəkət sürəti aşağı salınıb. “Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb - 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib. Hava şəraiti normallaşacağı təqdirdə yollarda hərəkət sürəti əvvəlki həddə çatdırılacaq.

Qeyd edək ki, aşağı hərəkət sürəti olan yerlərdə dəyişiklik edilməyib

Category

🗞
News
Comments

Recommended