Skip to playerSkip to main contentSkip to footer
  • 2/3/2016
Orta məktəblərdə “Şahmat” fənninin tədrisinə 30 mindən çox şagird cəlb edilib.

Təhsil Nazirliyindən ATV.az-a verilən məlumata görə, hazırda ölkə üzrə 492 pilot ümumtəhsil məktəbinin 2, 3 və 4-cü siniflərində “Şahmat” fənni tədris olunur. Fənnin tədrisi ilə bağlı plan, proqram, dərslik hazırlanıb, məktəblər lazımi inventar və avadanlıqla təchiz edilib. 2013-2014, 2014-2015-ci tədris illərində “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında 4 yaş qrupu üzrə respublika şahmat festivalı keçirilib. Qalib şagirdlər Təhsil Nazirliyi tərəfindən qiymətləndirilib.

Category

🗞
News

Recommended