Azərbaycanda tətbiqi nəzərdə tutulan inaktivləşdirilmiş polimelit peyvəndi ölkəyə gətirilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ATV.az-a bildirib ki, peyvənd 6 ayı tamam olan uşaqlara 1 doza həcmində, yalnız bir dəfə vurulacaq. Hazırda 3 ölkədə bu virusun sirkulyasiyası var:
"Nə qədər ki, bu xəstəlik yox olmayıb, həmin peyvəndlər Azərbaycanda da tətbiq olunacaq. Tədricən oral polimelit vaksinindən inaktivləşdirilmiş polimelit vaksinlərinə keçid həyata keçiriləcək".
Azərbaycanda 1 yaşa qədər olan uşaqların sayı 170 mindir. Həmin uşaqların hamısının əhatə olunması üçün lazımi miqdarda mərhələli şəkildə vaksin gətiriləcək. Yalnız bir dəfə - uşağın 6 aylığında vurulacaq peyvənd tam sağlam və həkim müayinəsindən keçən uşaqlara tətbiq olunacaq.
Qeyd edək ki, dövlət tibb müəssisələrində aparılan bütün peyvəndlər pulsuz həyata keçirilir. Ölkəyə gətirilən yeni vaksin də ödənişsizdir.