Ali İmran surəsi, 139-cu ayənin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 20 sentyabr 2011-ci il tarixli reportajından Ali İmran surəsi ilə əlaqədar şərhləri.

QONAQ:   İnşaAllah. Ali İmran surəsi, 139-cu ayəni deyirəm inşaAllah. Qovulmuş şeytandan Allaha sığınıram. “Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız”-buyurur Allah.

ADNAN OKTAR:   Baxın, bu möcüzəvi bir ayədir. Deyir ki, Allah: “Acizlik göstərməyin”-yəni heç vaxt ümidinizi itirməyin, müqavimətinizi itirməyin. “Kədərlənməyin”-yəni qəmgin olmayın, narahat olmayın, əziyyət çəkməyin-“möminsinizsə” yəni Qurana səmimi qənaətiniz varsa (həqiqətən inanırsınızsa), bu, haqqıyla iman etməkdir. Tövratda da buna diqqət çəkilir. “On adam iman etsin yetər”-deyir Allah. Yəni, Allah: “on adamı dünyaya hakim edərəm” -deyir. Haqqıyla iman edən bir adam belə olsa, yəni bir nəfər bir adam belə olsa Allah dünyaya İslam əxlaqı