Ali İmran surəsi, 119-cu ayənin təfsiri

  • 11 yıl önce
"Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyirsiniz, halbuki onlar sizi sevmirlər". Gizlicə kin duyur sizə qarşı. "Siz nazil olan kitabın bütününə inanarsınız," yəni Quranın bütününə inanarsınız, "onlar sizinlə rastlaşanda: "Biz iman gətirdik!" - deyirlər". "Biz də müsəlmanıq əlhəmdülillah, bir əksik yoxdur" -deyirlər. "Təklikdə qalanda isə" öz aralarında qrup olaraq danışdıqlarında isə, "sizə qarşı kin və qəzəbdən" niyə kin duyur? Müsəlmanların imkanına, rahatlığına, yaxşılığına, gözəlliyinə, imanına xüsusilə kin duyur. "Barmaqlarının ucunu gəmirirlər". Yəni kinlərindən şiddətli bir ağrı çəkdikləri aydın olur. Məsələn şiddətli ağrıdan bəzən insanlar barmaq ucunu dişləyər, onun kimi bir ağrı. "De: "Kin və qəzəbinizdən ölün!"" O qədər şiddətli bir kin meydana gəlir ki, o kin və hirs onların artıq sağlamlığını pozur. Xəstə edir onları, anormal hala gətirir. Kin və hirsdən bədənin maddələr mübadiləsi pozulur. "Şübhəsiz ki, Allah kökslərdə olanları bilir". "Allah ürəklərdə olanı, gizli olanı biləndir" -deyir Cənabı Allah.