Ali-İmran surəsi, 104-cü ayənin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 3 may 2013-cü ildəki söhbətindən Ali-İmran surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Allah deyir ki; şeytandan Allaha sığınıram. "Sizdən xeyirə çağıran, yaxşılığı əmr edən və pislikdən (münkərdən) çəkindirən bir camaat çıxsın." Bax, bu Mehdi camaatı və hz. İsa Məsih (ə.s)-ın camaatıdır. Onsuz da hamısı mehdiyyət, Mehdi camaatıdır. Yəni hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s)-ın ayrı-ayrı olması insanı aldatmasın. Bunların hamısı bir birlikdir əslində. Hz. Mehdi (ə.s) başdır, imamdır; Hz. İsa Məsih (ə.s) onun vəziridir. İki ayrı qoldan fəaliyyət göstərirlər, lakin tək bir birlikdir. Mehdiyyət deyəndə həm hz. İsa Məsih (ə.s)-ın tələbələri, həm hz. Mehdi (ə.s)-ın tələbələri, eynidir. Yəni iki ayrı qrup zənn edilməsi xəta olar, səhv olar. Çünki hz. İsa Məsih (ə.s) vəhy ilə bunu bilir və Peyğəmbərimiz (s.ə.v)-in hədisləriylə də bunu bilir. Hz. Mehdi (ə.s) imamdır. Hz. İsa Məsih (ə.s) özü də deyir onsuz da, "Sən mənim imamımsan" deyir, "Mən sənə tabe oldum" deyir. İmam müəyyən olduqdan sonra, vəzir müəyyən olduqdan sonra, vəzirin tələbələri var, hz. Mehdi (ə.s)-ın tələbələri var; hamısı hz. Mehdi (ə.s)-ın tələbəsi olar. Hz. İsa Məsih (ə.s) da vəziri olar, inşaAllah.