Ali İmran surəsi, 9-cu ayənin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 4 sentyabr 2012-ci il tarixli reportajından Ali İmran surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Ali İmran surəsi, 9-cu ayə. "Ey Rəbbimiz! Həqiqətən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə insanları bir yerə Sən yığacaqsan". Bir yerə yığacaqsan, vahid bir cəmiyyət halına gətirəcəksən. "Həqiqətən, Allah vədinə xilaf çıxmaz!". Əbcədi 2028-ci ili verir. "İnsanları bir yerə Sən yığacaqsan". Yəni vahid bir cəmiyyət halında toplayacaqsan, bir yerə yığacaqsan. "Həqiqətən, Allah vədinə xilaf çıxmaz!" deyir. 2028-ci il, inşaAllah. Hərçənd ki, bu qiyamətə, axirətə işarə edən bir ayədir, yəni kafirlər ayrı, möminlər ayrı halda bir yerə toplanır, lakin ayənin bilavasitə ifadə etdiyi mənanın verdiyi əbcəd hesabı, tam mənasıyla dünya hakimiyyətinə işarə edir inşaAllah.