Ali İmran surəsi, 119-cu ayənin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Ali İmran surəsi, 119- cu ayə. Şeytandan Allaha sığınıram. Baxın Cənabı Allah deyir ki: "Siz kitabın hamısına inanırsınız," İndi baxın bu çox həyati bir şey. Siz Quranın hamısına inanırsınız, Quranı kafi görərsiniz və Quranla hərəkət edərsiniz, müsəlmanın vəsfi bu. Qurana tam tabe olur, xurafat qəbul etmir. Mənə əlavə vəhy gəldi dediyində ona inanmır. Bidatlarla, xurafatlarla, uydurmalarla heç həmsöhbət olmur, nə edir? Yalnız Quranın hökmlərinə görə hərəkət edir. "Onlar sizinlə rastlaşanda:" Biz iman gətirdik! "Deyərlər," biz də inanırıq, deyirlər. "Özləri təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər." Münafiqin ən şiddətli fikrini cəmlədiyi vaxt və yer, tək qaldığı vaxtdır, yerdir. Məsələn evinə gedər, otağına girdiyində şeytanlıq bütün şiddəti ilə üzərində meydana çıxmağa başlayar, azğınlaşar. İndi ayədən anladığımız, müsəlmanlar Kitabın bütününə inanır, münafiqlər bütününə inanmır, Quranı qeyri-kafi görürlər, baxın bu çox həyati. Münafiq Quranı qeyri-kafi görər, Quranda hər şeyin açıqlandığına inanmaz, Allahın hökmlərinin hamısının Quranda olduğuna inanmaz, Qurana mütləq əlavə istəyər. Əlavə və xurafat istəyər. Müsəlmanlara da inandıq deyirlər amma inandıq deyərkən təbii bu, burada Quranın izah etdiyi ifadə çox geniş. Bir baxırsan, başda dəyirmi papaq, əlində təsbeh, davamlı səssiz bir şəkildə təsbeh çevirir, üzünə axirət havası verir, günahsız və soyuqqanlı bir görünüşü var, guya. Davamlı Allahdan bəhs edən müttəqi havasında. Davamlı ətrafa namus dərsi verir; bax belə soyuqqanlı olun, belə dürüst olun, bax İslamı belə yaşayın, belə şeyləri izah edər, münafiqin xüsusiyyətidir. "Biz iman gətirdik deyərlər"- in mənası budur. "Özləri təklikdə qalanda isə" münafiq tək qalmağı çox istəyər. Qudurmuş it də elə, heyvan kütlənin içərisinə girməz. İt qudurduğunda tək yaşamaq istəyər. Müsəlmanlardan nifrət etdiyi üçün münafiq də münafiqlərdən də nifrət etdiyi üçün tək qalmaq istiyər. Münafiq izdihamdan heç xoşu gəlməz, yəni mənfəəti nəfsi və özüdür. Ona görə də, tez-tez tək qalar, tək qaldığında da kin və qəzəbin onu bürüdüyünü görürük. Baxın, "qəzəbdən barmaqlarının ucunu dişlədilər." O qədər şiddətli bədəni acı çəkir ki, o ağrını azaltmaq üçün ikinci daha yüksək bir əzab meydana gətirər və digər ağrını azaltmağa çalışar. Bəzən insanlarda olur, başı ağrıyan zaman başını sıxar. Daha qüvvətli sıxar ki, o ağrı digər ağrını basdırsın deyə, yəni o ağrı dövrəyə girsin deyə. Münafiqin də şiddətli acı çəkdiyini Allah ifadə edir. O da qarşı ağrıyla, yəni özünə zərər verərək ağrını azaltmağa çalışar. Münafiqin bir xüsusiyyəti də özünə çox ciddi zərər verər. "De ki:" Qəzəbinizdən ölün." Baxın de ki, bu Allahın bizə bir əmri. Biz də deyirik ki; Ya Rəbbim bütün münafiqləri kin və hirsləri ilə öldür. Ya Rəbbim deyirsiniz baxın; nə qədər münafiq varsa Allah kin və hirsi ilə hamısını öldürsün. "Şübhəsiz ki, Allah kökslərdə olanları bilir." Ali İmran surəsi, 119-cu ayə. Məsələn, kafirlər üçün bu deyilmir. Məsələn, bir kommunist deyilməz, bir dinsiz deyilməz, satanist demirsən, çünki açıq. Münafiq fərqlidir, ən namərd və şərəfsiz məxluqdur. Müsəlmanlar yalnız onlara düşmən olur, ciddi mənada düşmən və müsəlmanın ona qarşı duası, kin və qəzəbinizdən ölün, şəklində olur. Demək ki, münafiqdə inanılmaz bir kin olur və böyük bir hirs olur, bütün bədənini bürüyür. Kin və nifrət nə edir? Onun öz bədənini təxrib edir, Quranın bizə açıqladığı budur. Kin və hirsi qarşı tərəfə zərər verməsi lazım olarkən, kin və hirs onun özünü boğur. Məsələn, damar sistemi pozulur, əzələ sitemi pozulur, sümük sistemi pozulur, bədənindəki bütün sistemlər pozulur. Bədəni özünə təzyiq edir, Quran buna işarə edərək "kin və qəzəbinizdən ölün" deyir. Allah onları psixoloji əzabla çökəldəcəyini söyləyir və münafiqlərdə də həmişə bu vardır, psixoloji əzabla çökərlər.