Ənfal surəsi, 63-65 və 73-cü ayələrin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 5 iyul 2013-ci il tarixli söhbətindən Ənfal surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: Bax, Allah Ənfal surəsi 63-cü ayədə belə deyir. Şeytandan Allaha sığınıram. “Allah onların qəlblərini birləşdirdi”. Allah əvvəlcə qəlblərin birləşməsindən bəhs edir. Qəlblərdə sevgi olması və birləşməsindən bəhs edir. Yəni, eyni fikirdə olduğu üçün razılığa gəlirlər. “Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə”, yəni Allah istədiyin qədər pul və iqtisadi zənginlik versən də “onların qəlblərini birləşdirə bilməzdin” deyir. Yəni, qəlblərin birləşməsi zənginlik və pulla olmur. Necə ki, deyirlər, “iqtisadiyyat yaxşılaşsa, düzələr” heç o da qurtarmır. “Lakin Allah onları birləşdirdi”. Bütün güc Allahın əlindədir. Deməli, möminlər səmimi olduqda, Allah da onları asanlıqla bu imkanla təmin edər. “Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir”.

Allah deyir: “Ey peyğəmbər”, bax “sənə”, yəni “sənə” Peyğəmbərimiz (s.ə.v)-in şəxsən özünə deyir, “və sənin ardınca gedən möminlərə” deyir, bəs bunlar kimlərdir? Bizik, yəni Allah bütün dünya müsəlmanlarına, “Allah kifayət edər” deyir. Yəni Allah filankəsin gücünə və dəstəyinə heç bir ehtiyac yoxdur deyir. “Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır”. Bəs necə ruhlandırmaq olar? Budur, darvinizmə, materializmə qarşı təhsil verəcəksən. Bəs burada nəyə diqqət çəkilir ? Allah “ruhlandır” deyir. Hər cür imkanlardan istifadə edərək müsəlmanları ruhlandırmaq lazımdır. Həm şəxsən səy göstərmək, həm də ruhlandırmaq lazımdır. “Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr”. Allah "çoxluqla əlaqəsi yoxdur əsas olan keyfiyyətdir" deyir. Allah Ənfal surəsi, 65-ci ayədə “əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır” deyir. Doğrunu qavraya bilmir. Maddənin Allah kimi olduğuna inanır, maddəyə Allahlıq xüsusiyyəti verir. Maddənin hər şeyi yarada biləcəyini, hər şeyə qadir olduğuna və hətta ruhu belə yaradacağına inanır. Şüursuz maddəyə atomların “Maddə hər şeyi yaradar” deyir.

Allah Ənfal surəsi, 73-cü ayədə “kafirlər də bir-birinə dostdurlar” deyir. Yəni inanmayan insanlar bir-birlərinə kömək edərlər. Həqiqətən, baxdığımız zaman, Türkiyədəki inkar edənlərlə, Misirdəki inkar edənlərin eyni məntiqdə olduqlarını görürük. Hər şey bir ittifaq halındadır. Bax, “kafirlər də bir-birinə dostdurlar”. Bir-birlərini himayə edər, bir-birinin qayğısına qalar, bir-birləriylə əlaqə saxlayar, köməkləşər, taktika mübadiləsi edər və mənəvi cəhətdən bir-birlərini dəstəkləyərlər. Allah "hər cəhətdən ittifaq halındadırlar" deyir. “Əgər siz bunu etməsəniz”, budur İslam aləmi bir-birini dəstəkləmir. “(Bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə” baş verən budur. Bax, Allah “(Bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər” deyir. Bax, budur, artıq fitnə baş verdi və fəsad yarandı. Bu müsəlmanların bir-birini sevmədiyi, bir-birini qoruyub qayğısına qalmayanda baş verər. Müsəlmanların bir-birini sevməyi üçün Qurana tabe olmaları lazımdır. Adam Qurana qarşı qatı dinçiliyi seçir. Yəni Peyğəmbərimiz (s.ə.v) adına yalan uydurur. Məsələn, qadına “yarım” deyir. Əgər qadına yarım desən, arada sevgi qalarmı? Sən ona "Yarım insansan", "anormal bir varlıqsan" deyirsən. Əgər din qatı dinçilərin əlindən alınıb, aydın, ağlı başında olan, səmimi, mütərəqqi, eşqlə, məhəbbətlə hərəkət edən gözəl insanların əlinə keçsə-məhz bu zaman dünya xilas olar. Din qatı dinçilərin əlindən tez zamanda alınmalıdır. İnsanlar din dedikdə, qatı dinçilər əlində olan bir şey zənn edirlər. Qatı dinçilər dini qəsb etmişdir. Din yaxşı insanlarındır, qatı dinçilərin deyildir. Qatı dinçilər dindən istifadə edirlər.