Ənfal surəsi 62-65–ci ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Ənfal surəsi, 62, şeytandan Allaha sığınıram. Allah Peyğəmbərimiz (s.ə.v)-ə xitab edir: “Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi.” Axırzamanda bəzi fırıldaqçılar Mehdi (ə.s)-ı da aldatmaq istəyəcək, oyunlar oynamağa başlayacaqlar. Allah bu ayədə Mehdi (ə.s)-a da işarə edir. Baxın, Allah deyir; "Səni aldatmaq istəsələr,  sənə təkcə Allah  kifayətdir." Sənə heç bir zərər verə bilməzlər. "O, səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi" Yəni, Allahın köməyi və möminlərlə  müdafiə etmək nədir, Mehdi (ə.s)-ın köməkçiləri, tələbələri, saleh, səmimi müsəlmanlarla müdafiə edir, inşaAllah, “Və onların  ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.” Xüsusilə də, zəmanəmizdə insanların bir-birləriylə yoldaşlıq etməsi, qardaşlıq etməsi sanki qeyri-mümkündür, çox çətindir. Çoxları üçün əbədi qardaş olmaq, bütün malını, mülkünü Allah üçün vermək, gəncliyini vermək, həyatını vermək çox -çox çətindir. Ancaq müəyyən mənfəətlər olsa, müəyyən müddət üçün bir qisim insanlar fədakarlıq edə bilirlər, amma əbədi əzmli və qərarlı olaraq, bütün həyatını verərək, bütün malını mülkünü verərək, İslama xidmət edən insan çox nadir olar. Buradakı ayə səhabələri izah edir, yəni, onlara işarə edir, eyni zamanda da Mehdi (ə.s) tələbələrini izah edir, onlara işarə edir. "Və onların qəlblərini birləşdirdi." Allah Mehdi (ə.s) tələbələrinin qəlblərini birləşdirdi. “Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə,” yəni istədiyin qədər pul ver, istədiyin qədər imkan ver, avtomobil ver, ev ver "yenə də onların ürəklərini birləşdirə bilməzdin." Qısqanar, həsəd apararlar, savaşarlar, bir-birləriylə dost olmazlar. “Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir. Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər.” Axırzamana işarə edən tərəfi ilə də, "ey Mehdi (ə.s), sənə və sənin ardınca gedən tələbələrə, mömin tələbələrinə Allah yetər." Yəni dəccal hücum etsə, münafiqlər hücum etsə, tüğyan etsə, darvinist, materialist, kommunistlər, PKK-lılar hücum etsələr də, möminlərə heç bir şey edə bilməzlər, sizlərə Allah yetər-deyir Allah. "Ey Peyğəmbər, möminləri döyüşə həvəsləndir". Yəni, Allah yolunda mübarizəyə, təbliğə, dini yaymağa həvəsləndir. Əsrimizə işarə edən tərəfi ilə baxsaq, "ey Mehdi (ə.s), tələbələrini cihada həvəsləndir, onları darvinizmi, materializmi, dinsizliyi və ateizmi məğlub edəcək şəkildə yetişdir, təlim keç, istiqamətləndir, hər dövrün texnologiyasından, imkanınından istifadə et və İslamı dünyaya yay" mənasını verir. “İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr.” Mehdi (ə.s.) tələbələrinin xüsusiyyəti nədir? Az olmaları. Səhabələrin xüsusiyyəti nə idi? Əhli-Bədr də sayları 313nəfər idilər, elə deyilmi? Mehdi (ə.s) tələbələrinin sayı neçədir? 313 nəfər. Bunu kim söyləyir? Peyğəmbərimiz (s.ə.v) söyləyir. Necə söyləyir? Vəhylə söyləyir. Vəhyi ona kim bildirir? Cəbrayıl. Cəbrayıla kim bildirir? Allah.

“İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir tayfadır!” Mehdi (ə.s) tələbələri də çox kiçik bir birliklə nəhəng dünyanı, dünyadakı ateist, darvinist, materialist sistemi yerlə-yeksan edərlər, inşaAllah. İsa Məsih (ə.s)-ın tələbələri də elə 1400 nəfərdir. Bax, 1400 nəfərlə dünyadakı küfrü yerlə yeksan edərlər, Allahın izni ilə.