Furqan surəsi, 52-53-cü ayələrin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 3 mart 2013-cü il tarixli söhbətindən Furqan surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Furqan surəsi, 52-ci ayə: "Sən kafirlərə itaət etmə"-deyir Allah. Yəni, "küfr içində olanlara itaət etmə."…Və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!" Yəni, cəhd göstər. Heyrətlidir əbcədi tam 1979-cu il tarixini verir. Çox maraqlıdır. Dərhal sonra da Allah 53-cü ayədə belə deyir: "İki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur." Bu ayənin mehdiyyətlə çox əlaqəsi var. Quranda mehdiyyət o qədər ətraflı izah edilmişdir ki, ən incə təffərrüatları belə bildirilmişdir. Hz. Mehdi (ə.s) harada qalacaq, nə edəcək, bütün təffərrüatları vardır. Diqqətlə baxsaq, hamısını görərik. Hz. İsa (ə.s) ilə əlaqədar da çox ətraflı məlumatlar var. Qısa-qısa Allah işarə verir. Bəzən, bəzi insanlar başa düşə bilmir və “görəsən niyə bu təffərrüatlar verilib?” deyir. Halbuki həmin təffərrüatlar xüsusilə verilm