Ənfal surəsi, 46, 49-51-ci ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: "Allaha və Onun Peyğəmbərinə itaət edin", yəni Qurana tabe olun, Rəsul (s.ə.v)-in sünnəsinə tabe olun. "Bir-birinizlə mübahisə etməyin", ayrı-ayrı məmləkətlər, ayrı-ayrı qruplar meydana gətirib, məzhəblər meydana gətirib bir-birinizlə mübahisə etməyin. "Bizi doğrayacaq" deyir Cübbəli, Allah bunu etməyin deyir. "Yoxsa, qorxub zəifləyərsiniz", zəifləmək nə deməkdir? Gücünüz qurtarar, mübarizə əzminiz qırılar, "ağlını itirmiş qoca ruhu meydana gələr" deyir Allah. "Yoxsa qorxub zəifləyərsiniz." Yəni olarmı, necə olsun, imkanı varmı? İslam Birliyi də olmaz haşa, Türk-İslam Birliyi də olmaz, "ölmüşük, bitmişik" "bunu deyərsiniz" deyir Allah. "Amma bir-birinizlə çəkişsəniz, dəstələrə ayrılsanız, qruplara ayrılsanız, bölünsəniz, şəxsi-mənəvidir deyə mehdiliyi ortalıqdan qaldırmağa cəhd edib müsəlmanların ayrı-ayrı kiçik-kiçik qruplara bölüb, onları da özləri içərisində mübarizə etdirən bir modelin içərisinə girməyin" deyir Allah. Bax "gücünüz gedər"deyir. Gücü qalmır adamın, taqəti qalmır. "Səbir şübhəsiz ki, Allah səbir edənlərlədir". Demək ki, vaxt alacaqdır inşaAllah.

 "Münafiqlər və ürəklərində xəstəlik olanlar belə deyirdilər:" Bunları (müsəlmanları) öz dinləri aldatdı." Yəni İttihad-ı İslam, Türk-İslam Birliyi-bunlar yoxdur, mehdiyyət yoxdur, hz. İsanın enişi yoxdur deyir haşa. "Halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz, Allah üstün və güclü olandır, hikmət sahibidir." Allaha buraxın, Allaha güvənin, səy göstərin, Allah üstündür və güclü olandır. O zaman müsəlmanlar üstün və güclü olur. Çünki Allah tərəfdarı olduqları üçün "hökm və hikmət sahibidir", hökm Allahındır, Allahın olacaqdır; Mehdi (ə.s)-ın çıxışı ilə, "və hikmət sahibidir", Allah mehdiyyətə hikmət verəcəkdir, inşaAllah.

 "Mələkləri, onların üzlərinə və arxalarına vuraraq:"Dadın alovun əzabını!" Deyə o inkar edənlərin canlarını alarkən görməlisən." Yəni İslamı, İslam Birliyinə maneə törədənləri, zülmü alqışlayanları, Allahın mələkləri canları alınarkən yanlarında olacaqdır deyir. "Üzlərinə və yanlarına vura-vura", yəni onları çox şiddətli, faciəvi şəkildə döyərək canlarını alarkən. "Dadın atəşin əzabını! Deyə o inkar edənlərin canları alınarkən görməlisən" deyir. Yəni bunlarla xitab edəcəklər onlara, bunları deyəcəklər və faciəvi şəkildə də döyəcəklər deyir mələklər canlarını alarkən. "Bu, öz əllərinizlə təqdim etdiyi əməllərə görədir. Yoxsa, Allah qullarına zülm edən deyildir" deyir Allah. Mən şəxsi-mənəvi mövzusunda səbəb deyirəm? Böyük qardaşları çağırmışdıq bizə, daha əvvəl də söyləmişdim, yəni qarşı gələnlər. "Biz təbii ki, Mehdi (ə.s)-ın şəxs olaraq gələcəyini çox açıq, açıq-aşkar bilirik" dedilər. "Amma o səbəbdən, bu səbəbdən bunu söyləmək istəmirik, ona görə şəxsi-mənəvi deyirik" dedilər. Yəni bəzisi də həqiqətən qarışıqlıqdan çəkinir, bəzisi narahat olur, bəzən başqa bir şey olar deyə çəkinir. Əslində heç bir günahı yoxdur, Mehdi (ə.s) ilə müjdələnilir. Amma o öz ağlına görə səhv bir zənlə elə düşünə bilər. Çünki Peyğəmbərimiz (s.ə.v) dedisə, güvənəcəklər sən "Mehdi (ə.s) ilə müjdələnin" deyir, müjdələn. Yəni riskli bir şey olsa, anormal bir şey olsa, Peyğəmbər (s.ə.v) deyərmi "müjdələnin" deyə? Bədiüzzaman müjdələnməmiz üçün Risalə-i Nurda uzun-uzun Mehdi (ə.s)-ı açıq-aşkar və açıqca izah edərmi? Bədiüzzaman müjdələyir, Peyğəmbərimiz (s.ə.v) müjdələyir. Peyğəmbər (s.ə.v)-in müjdələməsi nə deməkdir? Allahın müjdələməsi deməkdir. Allahın müjdələməsinə güvənəcəyik, inşaAllah.