Saffat surəsi, 12-24-cü ayələrin təfsiri

  • 8 yıl önce
ADNAN OKTAR: Saffat surəsi, 12: "Sən təəccüb edirsən." Yəni, bunların necə inkar etdiyini görən müsəlmanlar təəccüblənir, elə deyilmi? “Bu möhtəşəm yaradılışa təəccüb edirsən”, deyir Allah.”Bu ehtişama, xromosomlardakı quruluşa, atomun quruluşuna, hüceyrənin quruluşuna, təəccüb edirsən, və onların inkar etməyinə təəccüb edirsən", deyilir. "Onlar isə (səni) ələ salırlar."-buyurur Allah. Yəni, “öz ağıllarına görə ələ salırlar”, deyir Allah. "Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. Bir möcüzə gördükdə isə ona istehza edirlər."-deyir Allah.  Yəni, Heç cür qəbul etmirlər. "Və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı (dirildiləcəklər)?” De: “Bəli