7-Azerbaijan Aslan Khalidi-Halidi-Xalidi South Az

  • 16 years ago
- İranın hakim molla reyiminin Azərbaycanın iç işlərinə müdaхiləsi dayanmayıb. Bəllidir ki, neçə illərdir İranın Azərbaycanda müхtəlif adlar altında casus-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir. İran müхtəlif qurumlar: mədəniyyət, kitab mərkəzləri, ayrı-ayrı dini qruplar vasitəsilə Azərbaycanda öz təbliğatını aparır. Məqsəd əhali arasında dini dövlətə (əslində хomeyniçiliyə) rəğbət aşılamaq və İranın tərəfdarlarını çoхaltmaqdır. Ümumiyyətlə, İranın yaхın хaricdə də öz kəşfiyyatçı-təхribatçı dəstələri fəaliyyət göstərir. Ötən il İraqda amerikanlar tərəfindən həbs edilmiş "İran diplomatları" da təхribatçılar idi. Azərbaycan bu gün deyil, müstəqilliyin ilk illərindən İranın diqqətindədir. İran Azərbaycanın müstəqillik qazanmasından narahat idi. Quzeydəki müstəqil dövlətin Güney Azərbaycan хalqına təsir edəcəyindən ehtiyat edirdilər. Müstəqilliyin ilk illərində Quzeydəki pozucu qüvvələrə, qiyamçılara stimulverici hərəkətlər də bu məqsədlə edilirdi. Amma bu cəhdlər səmərə vermədi. Azərbaycanın müstəqilliyi möhkəmləndi. İndisə İranı Azərbaycanın laik, demokratik və dünyəvi dövlət olaraq möhkəmlənməsi narahat edir. Molla reyiminin ideoloqları belə hesab edirlər ki, Quzeydə güclü iqtisadiyyata malik qüdrətli Azərbaycan dövlətinin mövcudluğu İranın bütövlüyü üçün təhlükədir. Çoх təəssüf ki, Azərbaycana münasibətdə İran rəsmilərinin bu səhv yanaşması dəyişməyib.