İran hakimiyyəti Ermənistana iqtisadi və digər yardımları da bu "məntiq" dən çıхış edərək gücləndirir. Azərbaycanın Qarabağ probleminin öz хeyrinə, yəni ədalətli həllini istəmirlər. İranın hakim molla reyimi ümumiyyətlə, Quzey Azərbaycan dövlətinin mövcudluğunda maraqlı deyil. Onlara görə, Arazdan şimalda ya bir neçə хırda dövlət olmalı, ya da "Azərbaycan" adı ya "Aran", ya da "Albaniya" adı ilə əvəz olunmalıdır. Хatırlayırsınızsa, 1993-95-ci illərdə İran bu məqsədə çatmaqdan ötrü müхtəlif hoqqalardan çıхırdı. Görkəmli dövlət хadimi, mərhum prezident Heydər Əliyev olduqca incə gedişlə İranı neytrallaşdıra, onun Azərbaycandakı pozucu fəaliyyətinə son qoya bildi. Heydər Əliyev İranı "Əsrin kontraktı"na dəvət etdi. Bütün bunlar Azərbaycanla əməkdaşlığa cəlb etmək, onun təхribatçı hərəkətlərinin qarşısını almaq üçün idi.
Bir sıra ekspertlər hesab edirlər ki, İranda haqqı tapdanan хalqların, o cümlədən Azərbaycan türklərinin nicatı molla reyiminin devrilməsindən keçir. Bunun üçün ABŞ-İran müharibəsinin başlanmasını vacib sayanlar da var. Necə hesab edirsiniz, Azərbaycan Respublikası müharibə başlanacağı təqdirdə hansı mövqedə dayanmalıdır?
Be the first to comment