İNS VƏ CİN
Bar ilahi! Sən bizə ver bu şəyatinidən nicat,
İnsanın nəslin kəsib, ver insə bu cindən nicat.
Bizdən ancaq bir qalırsa, şeytan artıb min doğub,
Hansı röyada görüm mən, bir tapa mindən nicat?
Beş min ildir bu səlatinə giriftar olmuşuq,
Din də gəldi, tapmadıq biz bu səlatindən nicat.
Bir yalançı din də olmuş şeytanın bir möhrəsi,
Doğru bir din ver bizə, ver bu yalan dindən nicat.
Hər dua şeytan edər, dünya ona "Amin" deyər,
Qoy dua qalsın, bizə ver sən bu "Amin"dən nicat.
Ərsini təndirlərin guvduşlarında oynayır,
Kimdi bu guvduşlara versin bu ərsindən nicat?
Ya kərəm qıl, kinli şeytanın əlindən al bizi,
Ya ki, şeytanın özün ver bircə bu kindən nicat.
Öldürür xəlqi, sora xətmin tutub, yasin oxur,
Bar ilahi, xəlqə ver bu hoqqa yasindən nicat.
Şurəvidən də nicat umduq ki, bir xeyr olmadı,
Olmasa çay sandığında çay, gələ Çindən nicat.
Mən toyuq tək öz hinimdə dustağam illər boyu
Bir xoruz yolla, tapam mən bəlkə bu nindən nicat.
Şəhriyarın da əzizim, bir tutarlı ahı var,
Düşməni Əhrimən olsun, tapmaz ahindən nicat
XX əsrin görkəmli şairi / Məhəmmədhüseyn Şəhriyar
Yorumlar