Bəqərə surəsi, 129-cu ayənin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 7 may 2013 tarixli söhbətindən Bəqərə surəsinin 129-cu ayəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR:    “Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə e      lə bir elçi göndər ki…"    Bu ayənin əbcəd hesabı 1979-cu il tarixini verir.    "Ey Rəbbimiz! Onların (nəslimizin) iç     ərisindən özlərinə elə bir      elçi"  -yəni bir Mehdi-  "göndər",   deyir Allah. Bunu anlamazlıqdan gələnlər, darvinizmi də başa düşməzlikdən gəlirlər, darvinizmin, materializmin süquta uğradığını anlamazlıqdan gəlirlər.   “Ey Rəbbimiz! Onların (nəslimizin)     içərisindən özlərinə elə bir elçi göndər ki..."   yəni həmin qövmdən, o birlikdən bir Mehdi göndər.   "Sənin ayələrini    (hökmlərini) onlara oxusun." - deyir Allah. Diqqət etsəniz burada Allah yeni bir kitab enməyi demir,  "kitabı və  hikməti öyrətsin."-  deyir. Yəni, “mövcud olan kitabı və hikməti öyrətsin.” Bu ayə, həm Peyğəmbərimiz (s.ə.v)-ə, həm də hz. Mehdi (ə.s)-ə işarə edir. "Və onları təmizləsin."-deyir Allah. Təmizlənmə nə deməkdir? Yersiz, lazımsız, haqsızlıq kimi hərəkətlərdir. Yəni bu cür pis hərəkətlərdən təmizlənər, paklanar. Hz. Mehdi (ə.s) nə edəcək? Təmizləyəcək. Necə təmizləyəcək? Pisliyi, xurafatları, şeytanın oyunlarını müsəlmanların üzərindən siləcək, təmizləyəcək. Pisliklər deyəndə, yəni şeytanın təlimləri nəzərdə tutulur. Yoxsa Quranı, imani olan sözləri, dini mövzuları tənzih edirəm. Geriyə nə qalır? Saf vəhy qalır, inşaAllah.