Nəhl surəsi, 125-128-ci ayələrinin təfsiri

  • 10 yıl önce
“İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.

Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir.

Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma.

Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir.

ADNAN OKTAR: "Rəbbinin yoluna" Rəbbinin yolu nədir? Quran, İslamdır, "hikmətlə" hikmət nədir? Qısa, köklü, kəsici və doğru sözdür, insanın ağlı kəsən, qənaətbəxş, yadında qalan, təsir edici gözəl sözdür. "hikmətlə və gözəl öyüd-nəsihət" ―öyüdün gözəl olanı, yəni aydın olan, ürəyə rahatlıq verən, razı salan, gözəl nəsihətlə çağır, İslama dəvət et. "Və onlarla ən gözəl surətdə mübahisə et"―yəni  elmlə, sənətlə, ağılla, fitnə çıxarmadan, çaxnaşma salmadan, hadisələri bir-birinə dolaşdırmadan, "və onlarla ən gözəl surətdə mübahisə et. Rəbbin azğınlığa düşənləri də daha yaxşı tanıyır!"―yəni dəccalı biləndir. “Doğru yolda olanları da daha yaxşı tanıyır”―yəni Mehdi (ə.s)-ı da biləndir. Mehdi (ə.s)-ın mənası hidayətə çatan deməkdir. Azğın, haqq yoldan çıxaran dəccaldır. "Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin"―yəni müsəlmanlara verilən cəzanın misli ilə cavab verin, hüquqla cavab verin. "əgər səbir etsəniz"―yəni bağışlasanız, səbir etsəniz, "and olsun bu, səbir edənlər üçün daha xeyirlidir". Məsələn, kişinin arvadı olar, sevdiyi olar, nə edər? Bir şey söyləyəndə dərhal kobud cavab verib, tərslik edib aradakı sevgini pozar. Səbir etmək əsasdır. "Səbir et, sənin səbir etməyin ancaq Allahın  köməyi ilədir." Keçən gün o sevimli gələndə yüzlərlə mail gəldi mənə "müəllimim nə qədər səbirlisiniz deyirlər". İslamı, Quranı bilmir. Məzlum, bir də yazıqdır, o gözəllər gözəli ondan danışdığımı zənn etdi. Heç elə bir şey edərəmmi, o mənim qonağımdır. Quranda bir ayə çıxdığı üçün həmin ayəni izah edirəm, yəni mövzu o olduğuna görə izah etdim. Quranın xəbərdar edib qorxutması hamımıza aiddir. Hər kəsə xitab edir. Ona da, mənə də, sənə də xitab edir, mürşidlərə də xitab edir, hər kəsə xitab edir. Təbii ki, hz.İsa (ə.s)-ı tənzih edirəm. "Əgər səbir etsəniz, səbir edənlər üçün daha xeyirlidir"―Allah deyir ki, səbir etməkdə xeyir var. "Səbir et, sənin səbrin ancaq Allahın köməyi ilədir", səbir etmək  asan deyil. Allah səbiri yaradar. Bu nə qədər səbirli adamdır deyirsiniz, səbiri onun səbiri deyil, səbiri ona Allah verir. Allah yaratmasa o edə bilməz . "Onlar üçün kədərlənmə" kədərlənmək haramdır. "Qurduqları hiylələrə görə də ürəyini sıxma! " Ürəyini sıxmaq, ürəyində narahatlıq keçirmək haramdır, bunları Allah qadağan edir. Qəm-qüssəyə qapılmaq da haramdır. Çünki təvəkkülsüzlük olar. Məsələn bir insanın əli-ayağı boşalır, o elədi deyə fikirləşir. Amma o etmir, Allah edir, xeyirlə yaradır. Sən niyə qəm-qüssəyə batırsan. Allah imtahan edir. “Yox bu başqa şeydir” deyir. Amma bütün baş verənlərdə bir xeyir vardır. Ən xırda hadisədə belə imtahan vardır. Hamısı imtahandır. “Qurduqları hiylələrdən ötrü də sıxılma”― deməli müsəlmanlara hiyləli tələlər qurulacaq. Mehdi (ə.s)-a hiyləli tələlər qurulacaq. Eyni zamanda bu, Mehdi (ə.s)-a da bir xəbərdarlıqdır. Allah belə buyurur: "Əsla ürəyini sıxma, hüznə, qəm-qüssəyə qapılma". "Şübhəsiz, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir! "Allahdan qorxub çəkinən, yaxşılıq edən kim varsa Allah onlarla birlikdədir. Yollarını açar, bərəkət, bolluq verər, imkanlarını artırar. Əgər hər şeyi mən edirəm, özüm özümə şirkət quracam, mən qazanacam, mən edəcəm, mənim ağlımla-zəkamla olur desən, dünya ondan qaçar, o da onun arxasınca sürünər. Dünya qaçar, o qaçar, çox aciz görünüşlü bir qaçdı-tutdu başlayar. Onu həqiqətən tuta biləcəyini zənn edər. O sürətini artırdıqca, dünya da sürətini artırar. Beləcə tutacağını zənn edərək həlak olub yıxılar. Yerə yıxılar, sonra da üzü üstə düşər, dünya ona uzaqdan lağ edər. Dünyanı tuta bilməz. Yalnız Allahın köməyi ilə olar, öz gücünə edə bilməz. “Mən edərəm” deyənlərin hamısı sürünərlər, həmişə acı çəkərlər.

ADNAN OKTAR: Quranı mən deyil Allah təfsir edir. Sadəcə məni vəsilə edir. Elə zənn edilir ki, əvvəlcədən hazırlanır. Mən heç hazırlanmıram ağlıma gəlir. İnanın, mən də həmin vaxtda öyrənirəm. Bax, açıq söyləyirəm, mənim sirrim budur. Elə zənn edirlər ki, əvvəlcədən hazırlanır. Elə deyil. Oxuyarkən saniyə olaraq birdən o vaxtda ağlıma gəlir. Çox vaxt elə olur, heç ağlıma gəlməyən, məsələn, illərdir ki, Quran oxuyuram, hər gün oxuyuram. Məsələn, yüz dəfə  oxuduğum ayə olur, heç ağlıma gəlməyən bir mövzunu həmin vaxtda Allah ağlıma gətirir,