Şuəra surəsi, 22-76-cı ayələrinin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.

"Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir". O zaman faşist, kommunist dövlət, fironun dövləti İsrail oğullarını kölə etmişdi. Məsələn, kommunizmdə nə olur? Cəmiyyət kölə halına gəlir, elə deyilmi? Firon nə etmişdi? Bütün İsrail oğullarını, oradakı möminləri kölə etmişdi. Öz əmri altında işlədirdi. "Firon dedi ki: "Aləmlərin Rəbbi nədir? Musa dedi ki: " Əgər qəti məlumatla inanacaqsınızsa, göylərin, yerin və bu ikisi arasında olan hər şeyin Rəbbidir". Yəni "doğrusu budur" deyir, "sənin dediyin kimi deyil". Yəni darvinist, materialist bir düşüncə deyil. "Ətrafındakılara dedi ki: "Eşidirsinizmi? "(Musa:) Dedi ki: "O sizin də Rəbbiniz, keçmişdəki atalarınızın da Rəbbidir". Bax, Firon cadu altında olduğu üçün, Musa (ə.s) yenidən təlqin edir bir daha eyni şeyi vurğulayır. "O sizin də Rəbbiniz, keçmişdəki atalarınızın da Rəbbidir". Keçmişdəki atalarına fikri getməsin deyə, bütpərəstliyi fikirlərindən, başlarından silmək üçün: "Keçmişdəki atalarınız da pozğun idi" deyir. "Keçmişdəki atalarınızın da Rəbbi idi" deyir. "Amma onlar bilmədilər səhv etdilər" deyir". "(Firon) Dedi ki: "Şübhəsiz, sizə göndərilmiş olan elçiniz, həqiqətən bir dəlidir". Həll yolu tapa bilmədikləri halda dəli deyərlər. Peyğəmbərimiz (s.ə.v)-ə, hz.Musa (ə.s)-a dəli dedilər. Hz.Mehdi (ə.s)-a də dəli deyəcəklər. Çünki həll yolu tapa bilmədikləri halda dəliliklə ittiham edəcəklər. "(Musa) dedi: "Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!". Bax, hz.Musa (ə.s) qorxmur. Fironun ağılsız, qəddar, vəhşi olmasına baxmayaraq eyni mövzunu Allahın varlığını, tövhid inancını, Allahın birliyini müxtəlif dəlillərlə və daha da genişləndirərək, əhatəsini dəyişdirərək təbliğə, izah etməyə davam edir. Bir sözü bir-birinin eynisi olmur, amma vurğunu və diametrini genişləndirərək onun ağlındakı cadunu qırmaq üçün davam edir. "Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə", dərhal onu, ağlını işə salmasına (düşünməsinə) görə xəbərdar edir, çünki ağlını istifadə etmədiyini anlamışdı. Firon cadu altında ağlını itirmiş, hipnoza girmişdi. "(Musa) dedi: "Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!". Çünki onlarda müəyyən ilahlar var idi, buraya bu ilah, oraya bu biri ilah, "Hər şeyin Rəbbidir" deyincə hamısını əhatə edən bir gücün Allah olduğunu söyləyir. "(Firon) dedi ki: "And olsun", bir də and içir, amma təbii ki, öz dininə görə and içir. Bu müsəlman andı deyil. Buradan da, küfrün də andı olduğunu anlayırıq. Dəlalətin də andı olur. Məsələn, imansızların da andı olur. "(Firon: ) "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!"―dedi". Rəsmi ideologiya, dövlət məcbur edir. Vətəndaşa: "mənim inancımda olacaqsan, əks halda həlli zindandır" deyir. "Dustaq edəcəyəm" deyir. Firon hz.Musa (ə.s)-ı həbslə qorxutmağa çalışırdı, amma həbs edə bilməmişdir. Hüquq sistemi ilə qorxutmağa çalışır. O dövrdə hüquqa dövlət hakim idi, normal halda həbsə salması lazım idi, mühakimə etməkdə hakimin mühakimə etməsi lazım idi, amma, dərin dövlət hakimiyyəti olduğuna görə, dərin dövlətdə məhkəmələr üsulu məhkəmələrdir. Yəni dərin dövlət məhkəmələri idarə edər, təlimat verər, məhkəmə də təlimatları verilən yerinə yetirər. Yəni dərin dövlətdə hakim saxtadır. "Səni mütləq dustaq edəcəyəm" dedi. "(Musa) dedi: "Əgər sənə  açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?". Dəqiq bir dəlil gətirsəm necə, rədd edə bilməyəcəyin bir dəlil? Məsələn, biz də darvinizmə, materializmə qarşı dəqiq dəlil gətiririk, amma Firon quruluşu bunu heç bir şəkildə qəbul etməz. "(Firon) Dedi ki: "Əgər doğru söyləyirsənsə, onu gətir." Firon adam idi, amma demokrat tərəfi də var idi, o da əcaib bir şeydi. Normal halda heç bunu dedirtməz. Çünki birbaşa həbs etdirməyə gücü var idi, atdıra bilərdi. Orada şəhid etdirə bilərdi, amma etdirmirdi. O, xalqın fikrində bir şey (şübhə) qalmasın deyə hər vəziyyətdə fikri istiqamətdən, imani istiqamətdən tərpəniş olar, onu tamamilə ortadan qaldırım deyə düşünürdü. Yəni imani bir tərpənişin irəlidə təhlükə meydana gətirəcəyini düşünərək heç bir dəlil qalmasın deyə məşğul olurdu. "(Firon) Dedi ki: "Əgər doğru deyirsənsə, onu gətir". Təbii ki, onu gətir deməsindəki məqsəd onu yox etmək idi. "(Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu". Əsa hər kəsin gözü qarşısında  hərəkət etməyə başlayır. Əlini ürəyinin üzərinə doğru qolunun altına salır, "Əlini çəkib çıxartdı". "Bir də (nə görürsün) o, baxanlar üçün parlayıb işıqlanmış". Bax, həm parlamış, həm işıqlanmış