Əraf surəsi,151-159-cu ayələrinin təfsiri
  • 10 yıl önce
Adnan Oktar: Ya Allah Bismillah. Şeytandan Allaha sığınıram. Allah, Əraf surəsi, 151-152 – ci ayələrində belə buyurur: "Musa dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhimlisisən!” Həqiqətən, buzova sitayiş edənlərə öz Rəbbindən bir qəzəb və dünya həyatında zillət üz verəcəkdir". Yəni, darvinist və materialist olanlar mütləq məğlub olacaqlar, inşaAllah. Bununla Quran ona işarə edir. Allah, "Biz iftira yaxanları”- yalan uyduranları- “ belə cəzalandırırıq", deyir.

153- cü ayədə Allah, "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəldikdə isə, şübhəsiz ki, Rəbbin tövbədən sonra Bağışlayandır, Rəhimlidir"-deyir. Yəni, Quran, dinsizlərə qarşı da şəfqətli olmağımızı əmr edir. Çünki, Allah tövbə edib iman gətirənlərı bağışlayacağını söyləyir, Rəhimli olduğunu söyləyir, tövbə edəndən sonra onların imana gəldiklərini bildirir. Buna əsasən biz də şəfqətli olmalıyıq və insanlara bu cür yanaşmalıyıq inşaAllah.

154 – cü ayədə Allah: "Musanın qəzəbi sakitləşəndə lövhələri götürdü. Onlardakı yazılarda Rəbbindən qorxanlar üçün hidayət və mərhəmət var idi"- bildirir.  Allahın Hadi adının təcəllisidir, inşaAllah.

155 – ci ayədə Allah: "Musa Bizim təyin etdiyimiz vaxt üçün tayfasından yetmiş kişi seçdi"- deyir. Bu ayə Sanhedrin məclisinə işarədir. Baxın, üç min il sonra yenidən Sanhedrin yaradıldı və bu, hz. Mehdi (ə.s)- ın çıxış əlamətidir. Quranda keçən Sanhedrin, yetmiş nəfərlik heyət, üç min il sonra yenidən yaradıldı. Ardından Allah belə buyurur: "Onları zəlzələ yaxaladıqda o dedi: "Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən?" Deməli, bir qövmü bütünlüklə ayıblamaq doğru deyil. İçlərində axmaqlar ola bilər, onları ayırmaq lazımdır. "Bu, yalnız Sənin sınağındır"- yəni Allahın imtahanıdır - Allah "Sən bununla istədiyini zəlalətə düçar edər, istədiyini də doğru yola yönəldərsən", buyurur. Biri dəccal olar, o biri hz. Mehdi (ə.s) olar. Musa: "Sən bizim Himayədarımızsan! Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən Rəhimlisisən "- deyərək Allaha dua edir.

156 –cı ayədə: "Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!" Allah dedi: "İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir"- Allahın rəhməti - Allah "Mən bunu (yaxşılığı) Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam", buyurur. Quran ayələri kimin ayələridir? Allahın ayələridir. O zaman hz. Musa (ə.s)-a edilən bu xitab, yəni Allahın,  istədiyini əzabına düçar edəcəyini, mərhəmətinin isə hər şeyi əhatə etməyi, yaxşılığı Allahdan qorxan, zəkat verən və ayələrə iman gətirənlər üçün yazacağını deməsi ilə Qurana inanmayanları, istər yəhudi olsun, istər xristian olsun, müsəlman da olsa harama girmiş olacaqlarını bildirir.

157 – ci ayədə Allah buyurur: "O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin, yazıb-oxumağı bilməyən peyğəmbərin" – yazıb- oxumağı bilməyən, hz. Mehdi (ə.s) da ərəbcə yazıb-oxumağı bilmir -  "ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər". Yəni təbliğ edir, haram olan hərəkətləri ifadə edir. "Onlara pak şeyləri halal, murdar şeyləri isə haram olduğunu buyurar. Onların ağır yüklərini yüngülləşdirər" - xurafatçıların meydana gətirdiyi xurafatları - "və onları buxovlardan (şəriətin çətin hökmlərindən) xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır", yəni Allah xurafatçıların uydurduqları xurafatla dolu şəriətin hökmlərindən xilas edəcəyini, və onun ardınca gedənlərin nicat tapacağını bildirir.

158 – ci ayədə Allah deyir: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun ümmi (yazıb-oxumağı bilməyən) Elçisinə, həm də Allaha və Onun sözlərinə inanan Peyğəmbərə iman gətirin". Burada yazıb-oxumağı bilməyən dedikdə  hz. Mehdi (ə.s)- ın  yazıb-oxumağı bilməyəcəyinə işarə edilir. Yəni ərəbcə yazıb-oxumağı bilməyəcək. "Elə isə Allaha və Onun ümmi (yazıb-oxumağı bilməyən) Elçisinə, həm də Allaha və Onun sözlərinə inanan peyğəmbərə iman gətirin"- deməklə Allah, Ona və Onun sözlərinə inanan peyğəmbərinə iman gətirmələrini və onun ardınca getdiklərində onları düz yola yönəldəcəyini, nicat tapacaqlarını bildirir.

 159 –cu ayədə Allah belə buyurur: Musanın qövmündən" - baxın, bəziləri nifrət edirlər (yəni yəhudilərə) amma Allah gör nə deyir- "Musanın q