Əraf surəsi, 157-159-cu ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. "O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazıldığını gördükləri elçinin – yazıb-oxumaq bilməyən (ümmi) peyğəmbərin ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları zəncirlərdən xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”.

"O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazıldığını gördükləri elçinin" Bu ayədə Tövratda və İncildə Peyğəmbərmiz (s.ə.v)-in gələcəyi bildirilmişdir. Əgər əsrimizə aid olan tərəfi ilə baxsaq, Tövratda və İncildə  Mehdi (ə.s)-dən bəhs edildiyini görərik, elə deyilmi?

OKTAR BABUNA: Elədir, inşaAllah.

ADNAN OKTAR: Baxın, Tövratda Mehdi (ə.s)-ı təsvir edən yüzdən çox hökm var, Kral Məsih kimi, Moşiyah, Şiloh olaraq keçən yüzdən çox şərh var. Bu ayənin əbcəd hesabı 2025-ci ilə işarə edir. Çox təəcüblüdür, maşaAllah. Mehdi (ə.s) ümmidir, elə deyilmi?

OKTAR BABUNA: Ümmidir, inşaAllah.

ADNAN OKTAR: Xəbər gətirən, Quranın xəbərini insanlara çatdıran ümmidir, elə deyilmı?

OKTAR BABUNA: Bəli, xəbər gətirən ümmidir, İnşaAllah.

ADNAN OKTAR: Qurandakı xəbəri (əmrləri) insanlara çatdırar, bütün müsəlmanlar da onun  xəbərini çatdıracaq, eyni zamanda o da çatdıracaq. Müsəlmanlar ona tabe olacaqlar, Mehdi (ə.s) insanlara marufu əmr edəcək, münkərdən çəkindirəcək, elə deyilmi? Münkəri, haramları, halalları açıqlayacaq, pis, yaxşı olan şeyləri deyəcək.

Ayədə: "Təmiz şeyləri halal, murdar şeyləri isə haram edər" buyurur Allah. Bu ayə ilə hz. Mehdinin Quran hökmlərini, halalı, haramı açıqlayacağı bildirilir.

Bununla da "Onların ağır yüklərini, üzərlərindəki zəncirləri endirəcək."-deyir Allah. Yəni insanları şirk bataqlığından çıxaracaq. Müşriklərin çıxartdıqları uydurmaları ortadan qaldıracaq. “Mənə vəhy gəlir” deyib uydurulan izahların düzgün variantlarını təqdim edəcək. "Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır" – deyir, Allah. Yəni, Mehdi (ə.s)-a müsəlmanlar dəstək olacaqlar, kömək edəcəklər. "Və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər" dedikdə, müsəlmanların Quranın ardınca getmələrini, yəni Quran hökmlərini izləməkləri nəzərdə tutulur, “məhz belələri də nicat tapanlardır” –deyir, Allah. Bu ayə başdan-ayağa kimi Peyğəmbərimiz (s.ə.v) -ə işarə edir və o dövrə də aiddir. Mən isə Axırzamana, bu dövrə aid olan tərəfini açıqladım, şərh etdim, inşaAllah.

De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın göndərdiyi elçisiyəm, (peyğəmbəriyəm)”- buyurur, Allah.  Məsələn, hz. Musa (ə.s) yalnız İsrail xalqına göndərilmiş bir peyğəmbər idi, amma Peyğəmbərimiz (s.ə.v) isə bütün dünyaya göndərilmişdir. Çünki ayədə: "mən sizin hamınız üçün Allahın göndərdiyi elçisiyəm" - deyir, yəni, bütün dünyaya göndərilib. Buna görə İslam bütün dünyaya hakim olacaq, inşaAllah.

Ayənin davamında Allah belə buyurur: "Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ilah yoxdur. O həm dirildir, həm də öldürür." Yəni  dirildən də, öldürən də Allahdır. Məsələn, biri-birini öldürəndə, əslində Allah öldürür, sadəcə öldürəni vəsilə edir. "Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz” deyir, Allah. Yəni hidayətə çatmaq üçün Allaha və Onun kəlmələrinə inanmalıyıq, Qurana, Peyğəmbər (s.ə.v) -ə iman etməliyik, inşaAllah. Yalnız bu zaman hidayətə çata biləcəyimizi bildirir, Allah.

"Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə (insanları) doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər.” Bu ayədə xüsusilə haqqa yönəldən və onunla ədalətlə davranan bir camaatı vurğulayır Allah. Bu ayədə xristianların içərisindən də müsəlmanlar olacağına, Mehdi (ə.s)-a kömək edənlərin olacağına, eyni zamanda musəvilərdən də hz. Mehdi (ə.s)-a kömək edənlərin olacağına işarə edilir.

OKTAR BABUNA: İnşaAllah.

ADNAN OKTAR: Baxın, burada ayə çox açıq şəkildə verilmişdir, "Musanın qövmündən haqqa yönəldən və onunla ədalətlə davranan bir camaat vardır" deyilir. Məsələn, bir çoxları yəhudi olduğu üçün düşmən hesab edilir, amma Allah bunun əksini deyir, “Musanın qövmündən haqqa yönəldən” kəslərin olacağını buyurur, yəni, yəhudi mənşəli, ibrani soyundan, İsrail oğullarından insanları haqqa yönəldənlərin çıxacağı bildrilir. Bu bütün zamanlara aiddir, yəhudilərdən belələri olub, hal-hazırda da var və olacaq da, İnşaAllah.