Yasin surəsi,78-83-cü ayələrinin təfsiri
  • 10 yıl önce
Adnan Oktar: Qurana baxanlar Quranı ümumiyyətlə diqqətlə araşdırmalıdırlar. Allah ən çox nəyin üzərində dayanır? Allah həmişə küfrün anormallıqları və buna qarşı möminlərin imanlarında qərarlı olmaları, imanlarının güclü olması, araşdırmaları, düşünmələri, həmişə Allaha tərəf olmalarının üzərində dayanır. Yəni gördüyümüz qədəriylə Quranda 80-90% bu izah edilir. Allahdan iman gücüylə də müqavimət göstərmək, imanı davamlı güclü tutmaq istənilməlidir .  Yasin surəsi, 78-ci ayə. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. "O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: "Çürümüş sümükləri kim dirildə bilər?"" Bu nədir? İman zəifliyi, iman edə bilmir. Buna qarşı nə lazımdır? Təhqiqi iman (imana aid bütün məsələləri dəlilləri ilə tərəddüdsüz inanmaq), hakkəl-yakin (bütün varlığı ilə duyaraq iman etmək), aynəl yakin (gözlə görmək dərəcəsində iman) iman lazımdır. Bax indi Allah nə deyir "De: "Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir"". Bu nədir? İman həqiqəti. Çünki bax Cənabı Allah insanları düşünməyə yönəldir. Deyir ki, "ilk dəfə yaradan Özü onları dirildəcəkdir". Baxırıq, insan çox mükəmməl yaradılıb. Bir dəfə yaradılmışdır. Məsələn, fərz edək ki, bu mürəkkəbli qələm bir dəfə olub. Bunun fabriki bunu edə bilərmi, edə bilməzmi? Edər. Niyə etməsin? Biz desək ki: "bir daha bunu edə bilməzsən." Deyə bilərikmi? Aydındır ki, edər.  Məsələn, kürsünü düzəldən  bir usta bir daha edə bilərmi, edə bilməzmi? Edər. Bu hər şey üçün keçərlidir. Allah da deyir: "bax bir dəfə etdim" deyir, "bir dəfə daha edə bilmərəmmi?" deyir. Bu qədər asan bir şeyi belə insanlar başa düşmürlər, Allah onu xatırladır. Bax bu qədər asan bir şeyi belə milyardlarla insan başa düşə bilmir. Adam "aa..." deyib təccüblənir, "həqiqətən doğrudur" deyir, "ilk dəfə düşündüm" deyir. İnsanlar çox səthi düşünən bir quruluşda olurlar . Onun üçün Allah bunu xatırladır. Bax onun məntiqi də çox zəif olur deyir ki: "Çürümüş  sümükləri kim dirildə bilər?" Maddəçi, materialist olduqları üçün: "maddə getdisə qurtardı" deyir, materialist düşüncəyə sahib olduğu  üçün. Ruhu qəbul etmədiyi üçün maddəylə ruhu əlaqələndirə bilmirlər, bu, iman zəifliyidir. Bax deyir, "O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız" Allah ona da diqqət çəkir. Məsələn, yaşıl ağac normalda yamyaşıldır, Allah, "onu yandırılacaq hala gətirirəm" deyir. Ağacın yaşıllığına diqqət çəkir, onun yandırılmasına diqqət çəkir, Allah düşüncəmizi açır. Amma bax məsələn, insanlar bunu belə düşünmürlər: yəni Allahın ağacları yandırılacaq şəkildə yaratmasını, onların yaşıllıqdan meydana gəlməsini. Ağaclar torpaqdan durduq yerə meydana gəlir. Torpaq və sudan bir müddət sonra yanacaq bir şey meydana gəlir. Bax torpağa, torpaq yanarmı? Yanmaz. Su yanarmı? Yanmaz. Amma torpaqla su birləşir. Bir müddət sonra baxırsan yanan bir şey meydana gəlir. Baxırsan bir müddət sonra meyvə meydana gəlir. Portağallar, almalar, naringi, qoz, qovun, qarpız, mərcimək, ağlına nə gəlirsə hamısı torpaqda olur. "O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi". Allah düşüncəmizi açır. Allah bizi iman həqiqətlərinə və düşünməyə sövq edir . Yəni düşüncəmizi açmaq üçün, bizi düşündürmək üçün xatırladır. Məsələn, biz onu düşündüyümüz vaxt zəncirvari olaraq digərlərini düşünməyə başlayırıq. Allah bunu digərlərini düşünməyimiz üçün edir . Bax : "Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?!" İndi bir məntiq daha Cənabı Allah. İndi atmosferi ən mükəmməl şəkildə yaratdımı? Yaratdı. Torpağı da yaratmış. Allah, kürə şəklində olan bu dünyanı ucsuz-bucaqsız boşluqda  lələk kimi uçururmu? Bu an bir gəmidə kimiyik. Bütün dünya, yeddi milyard insan sanki bir gəminin içindəyik. Dünyayla birlikdə ucsuz-bucaqsız boşluqda lələk kimi uçub gedirik, heç bir yerə dəymədən, heç sarsılmadan. Avtomobildə belə, hansı avadanlığı qururlarsa qursunlar, avtomobil sarsılır. Təyyarə də sarsılır. Amma bax burada ən kiçik bir sarsılma belə yoxdur. Böyük dünya səmada gedir, ruh kimi uçur. Heç bir şey də olmur. Allah "Mən bir dəfə göyləri və yeri yaratdımsa" Yaxşı niyə, "cənnətin göy və yerini yarada bilməyim?" deyir. Yəni "İnsanı bir dəfə yaratdığıma görə, insanı niyə yenidən yarada bilməyim?" deyir, "bir daha niyə yenidən yarada bilməyim?" deyir. Düşünməyə təşviq edir. Amma Allah tam da ağılın ixtiyarını qaldıracaq şəkildə də məlumat vermir. Çünki o zaman imtahanın mənası qalmaz. Yəni Allah dərin düşünməyin zəminini hazırlayır. Allah "Şübhəsiz ki" deyir. Bax deyir ki: "Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki". Allah orada buraxmır. İnsanların şüurları açılsın deyə "Şübhəsiz ki" deyərək onu təlqin e