Skip to playerSkip to main contentSkip to footer
  • 11/17/2012
Bizim Toraton go goRamin Toratan repçidir, eyni zamanda maraqlı həmsöhbətdir. Yaşının az olmasına baxmayaraq, fikri, məqsədi dərindir. Qarabağı çox sevir, deyir, uşaq çağımı Qarabağ dərdindən ağlamaqla keçirdim.

O, 1990-cı il mayın (march) 8-də İranın Səlmas şəhərində doğulub. Orta təhsili bitirdikdən sonra universitetə daxil olub, memarlığı oxuyub. Qəlbindəki üsyan onu memarlığa yox, repə çəkib.

- Musiqiyə həddindən artıq həvəsim vardı, ona görə məni özünə çəkdi. Mən də rep janrını (səbk) seçdim. Musiqiyə gəlişim qəfil olmadı. Buna təsadüf demək düz deyil, çünki uşaqlıqdan rəsm də çəkirdim. Ümumiyyətlə, məndə yaradıcılıq qabiliyyəti uşaqlıqdan var idi.

- Niyə məhz rep janrını seçdiniz?

- 14 yaşımda ilk Azərbaycan türkcəsinin rep qrupuyla maraqlandım, gördüm ki, Güney Azərbaycanda repçi yoxdur. Həmin ildə “Bura Səlmas” mahnısıyla bütün Güneyə səs saldım. Mən eyni zamanda millətçiyəm. Repə gəlməyimdə bunun da rolu oldu. Çünki İranda farsdillilərin repi vardı, bizim yox. Azəri dilində İranda ilk rep oxuyan mən oldum. Gördüm ki, farscadan oxunan replər bizimkilərə də təsir göstərir. Ana dilimizdə ancaq aşıq havaları var idi. Bu isə gənc nəslin marağında deyil. Mən aşıq mahnılarını da çox sevirəm. Amma gənclər hip-hop janra üstünlük verirlər.

“Bura Səlmas” mahnısı yayılandan 2 il sonra, yəni 2006-cı ildə eyniadlı albomum çıxdı.

- Mahnıların sözlərini özünüz yazırsınız?

- Hamısını özüm yazmışam. 12 ildir yazmaqla məşğulam.

- Konsertləriniz olubmu indiyə qədər?

- Hə, bu vaxtadək 3 yerdə konsert vermişəm. Hər üçü 2011-ci ildə baş tutub. Bir sözlə, 2011-ci il mənim üçün uğurlu il olub. Bakıda, İstanbulda və Ankarada konsertlə çıxış elədim. Bu il isə Bakıya köçdüm.

Ən məşhur mahnılarımdan biri Hatef Mehribanla ifa etdiyimiz “Ölüm hekayəsi”dir. Bu mahnı bütün Azərbaycan musiqi tarixində ilk rep-metal mahnıdır.

Category

🎵
Music

Recommended