Xumar Qədimovanın yeni mahnısı "Məhəbbət Nəğməsi" YouTube'da yayında. Musiqi: Valeh Rzayev Söz: Məhəbbət İbrahimova
(Bənd 1: Xumar Qədimova) Nəğmələr söyləyən bir bülbüləm mən Mənə ilham verən bil ki sənsən, sən Sənsiz nəğməm bitib lal olmuşam mən İnləyən, sızlayan kaman kimiyəm
Gəl mənə ruh verən, gülüm, gülzarım Duy, sənə yetişsin bu ahuzarım Bizi ayırmasın qoy Uca Tanrım Dolmuşam, yağacaq bulud kimiyəm Dolmuşam, yağacaq bulud kimiyəm İnləyən, sızlayan kaman kimiyəm
[Nəqərat] Yetirsin nəğməmi sənə küləklər Sənsiz fəğan edən bülbül kimiyəm Gəl, qayıt geriyə, gəl mənim yarım Gəl, suyu qurumuş çaylar kimiyəm
Yetirsin nəğməmi sənə küləklər Sənsiz fəğan edən bülbül kimiyəm Gəl, qayıt geriyə, gəl mənim yarım Mən suyu qurumuş çaylar kimiyəm Gəl, suyu qurumuş çaylar kimiyəm Dolmuşam, yağacaq bulud kimiyəm İnləyən, sızlayan kaman kimiyəm
[Bənd 2: Ülvi Qılınc] Gülüm, gözlərinin qurbanı ollam Sənin həsrətinlə sarallam, sollam Sən getsən dünyada mən yalnız qallam Nəvazişə möhtac uşaq kimiyəm
Ruhumu oxşayan ətirli gülsən Sən mənim qəlbimə axan bir nursan Dodağımda donan segahsan, şursan Yerində kül qalan ocaq kimiyəm Yerinə kül qalan... Yerində kül qalan ocaq kimiyəm Nəvazişə möhtac uşaq kimiyəm
[Nəqərat: Xumar Qədimova] Əllərin əlimdə olduğu zaman Dərd – kədər yox olur, yox olur tamam Sən mənim yanımda olduğun zaman Fəzada sayrışan ulduz kimiyəm
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
Be the first to comment