Xumar Qədimovanın yeni mahnısı "Sevgilim" YouTube'da yayımda.
Söz: Əliağa Vahid Musiqi: Xumar Qədimova Duet: Bəxtiyar Həsənov Aranjiman: Neyman Mustafazadə Səs Rejissoru : Bəxtiyar Həsənov Mua/hair: Pərviz Mirzəyev
Sözlər:
Sən yeri arxanca zülfün sürünsün, Sünbüllər al-yaşıl dona bürünsün, Günəş camalın aç aşkar görünsün, Bahar bir tərəfdən, yay bir tərəfdən.
Oxunsun elimin zəfər nəğməsi, Vahidin qəzəli, Xanın xoş səsi, Yenə də bəzəsin bizim məclisi, Şərbət bir tərəfdən, çay bir tərəfdən.
Həsrətin yandırır pərvanələri, Qoyma yaxınına biganələri, Açma zülfündəki divanələri, Bağla bir tərəfdən, say bir tərəfdən.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
Be the first to comment