Xumar Qədimovanın yeni mahnısı "Ruhunla Yaşayıram" YouTube'da yayında. Musiqi: Xumar Qədimova Söz: Fəxrəddin Ziya
[Bənd 1] Elə bilmə unudulub o günlər Hər xatirən bir sehrdir, tilsimdir Mizrabından ayrı düşmüş siməm mən Köklənmərəm, çalınmaram, ha dindir!
[Nəqərat] Kaş, görəydim sən yaşayan yeri mən! Bəxtəvərmiş kölgə kimi sürünən Elə sənsən gözlərimə görünən Qulağıma gələn doğma səsindir Köklənmərəm, çalınmaram, ha dindir!
[Bənd 2] Ruhundurmu yenə çıxan qarşıma? Ürəyimdə başlar həzin oxşama Səma kimi saçlarımı oxşama Gözlərindən ürəyimə əsimdir
[Nəqərat] Bəlkə ömrün yox mənası kədərsiz?! İndi heçəm mən sənsiz, sən mənsiz Hərdən qəlbin bir kimsədən xəbərsiz Məni deyib döyünürsə bəsimdir Məni deyib döyünürsə bəsimdir Gözlərindən ürəyimə əsimdir Köklənmərəm, çalınmaram, ha dindir!
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
Be the first to comment