Xumar Qədimovanın yeni mahnısı "Dünya Heç Kimin" YouTube'da yayında. Musiqi: Niyaməddin Musayev Söz: Məmməd Araz
[Bənd 1] Bir taleyin oyununda cütlənmiş zərik Yüz il qoşa atılsaq da qoşa düşmərik Bir zərrənin işığına milyonlar şərik Dünya sənin Dünya mənim Dünya heç kimin
[Nəqərat] Bu get-gəllər bazarına dəvədi dünya Bu ömür-gün naxışına həvədi dünya Əbədiyə qəh-qəh çəkər əbədi dünya Dünya sənin Dünya mənim Dünya heç kimin
[Bənd 2] Çevrəsindən çıxsa əgər sevda fırfıran Bir ümidin ətəyindən tutub da fırlan Eşidərsən: pıçıldayır yıxılan, duran Dünya sənin Dünya mənim Dünya heç kimin
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
Be the first to comment