Xumar Qədimovanın yeni mahnısı "Əl-Ələ Tut Gedək" YouTube'da yayında. Musiqi: Xumar Qədimova Söz: Sona Vəliyeva
[Bənd 1: Xumar Qədimova] Bir daş altda, bir daş üstdə Bu dağın dərdin oyatma Yurd yerinin köz üstündə Qalanan külün dağıtma
Zülm eləmə zülm üstünə Zənguləndə yolum itdi Qaysaqsız torpaq yarası Səsin göynətdi, göynətdi Qaysaqsız torpaq yarası Səsin göynətdi, göynətdi
[Nəqərat:Xumar Qədimova – Nurəddin Mehdixanlı] Elə oxuma, sən Allah Dağ çəkmə közərən dağa Ələ-ələ tut gedək, qardaş Dağa sadağa olmağa Ələ-ələ tut gedək qardaş Dağa sadağa olmağa
[Bənd 2: Nurəddin Mehdixanlı] Gül – çiçəyi ovxalanan Bənövşələr bizdən küsüb Qırx incəbel, gül dağlar Ayrılığa əsir düşüb Ayrılığa əsir düşüb
[Muğam: Alim Qasımov] Dan çəkilib o dağlara Gül – çiçəyi yaralıdır Ürəyim titrəyir, bilirəm O dağlara qar yağıbdır O dağlara qar yağıbdır
[Nəqərat:Xumar Qədimova – Nurəddin Mehdixanlı] Elə oxuma, sən Allah Dağ çəkmə közərən dağa Ələ-ələ tut gedək, qardaş Dağa sadağa olmağa Ələ-ələ tut gedək qardaş Dağa sadağa olmağa
Əl - ələ tut... Əl - ələ tut... Əl - ələ tut, gedək!
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
Be the first to comment