Oynatıcıya atlaAna içeriğe atlaAltbilgiye atla
  • 03.02.2016
Ötən gecə Yasamal rayonunda bıçaqlanma hadisəsi olub. APA TV-nin məlumatına görə, hadisə rayonun Şərifzadə küçəsində, "İnşaatçılar" metrosunun yaxınlığında baş verib.

38 yaşlı Anar Arzuman oğlu Müseyibov tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Anar Müseyibov dərhal əməliyyat olunub. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Xəstəxanadan hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Polis hadisəni törədən şəxslərin müəyyənləşdirilməsinə başlayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.

Kategori

🗞
Haberler

Önerilen

48:20
Sıradaki