Dünya birjalarında "Brent" markalı neftin qiyməti 36 dollara çatıb. Mart ayının sonları üçün bağlanan fyüçerslərdə "Brent" neftinin bir bareli 35,91 dollardan müəyyənləşib. Qeyd edək ki, ötən həftənin son seansında neftin bir bareli 32,18 dollar olmuşdu. Həftə ərzində artım tempini qoruyan "Brent" nefti dəyərini 3,73 dollar artırıb. Qərbi Texas neftinin də qiymətində artım müşahidə olunur. Həftənin son birja seanslarında WTI nefti 33,76 dollardan satılıb. Bu ötən həftənin son satışları ilə müqayisədə 1,51 dollar bahadır.
Dünya birjalarında qızıl və gümüşün qiymətində də bahalaşma var. Qızılın bir unsiyası 1117,60 dollardan, gümüşün unsiyası isə 14,26 dollardan satılır. Həftə sonu bütün qiymətli metalların, o cümlədən platin, palladium, alüminiumun da qiyməti bahalaşıb.
İlk yorumu siz yapın