Maidə surəsi 52, 56-59-cu ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Bismillah. Maidə surəsini açmısan. Maidə surəsi 52 "Sən qəlbində xəstəlik olanların: “Qorxuruq ki, başımıza bir fəlakət gələ” – deyərək onların Kitab əhli arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə bəxş etsin və ya Öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar." "Amerika bizi işğal edəcək, məhv olduq, iqtisadi tərəfdən çökdük, biz xilas olmarıq, Türkiyə batmışdır, nə bilim nə deyə eşidərsiniz." "Sən qəlbində xəstəlik olanların: “Qorxuruq ki, başımıza bir fəlakət gələ” məmləkətin bölünməsindən, parçalanmasından, məhv olmasından qorxuruq, buna bənzər sözlər. "Deyərək onların Kitab əhli arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə bəxş etsin və ya Öz tərəfindən bir əmr versin" bir imam, bir Mehdi gətirəcəkdir. Əbcədi 1996 tarixini verir. Baxın, həmin bu ayədə "ümid edilər ki, Allah, bir fəth" hakimiyyət, Türk-İslam Birliyinin dünya hakimiyyəti, bir Mehdi (ə.s). Əmir; imam, əmr sahibi, idarəçi. "İdarəçi gətirəcəkdir, onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar." Bəs məhv olurdunuz? Bəs parça-parça olmuşdunuz? Bəs deyirdiniz xilas ola bilməzdi məmləkət. Bəs ortalıq bir-birinə qarışmış, artıq bu işin qurtuluşu yox deyirdiniz? Allah əbcədini ayənin içərisində örtülü olaraq, 1996 tarixini verir. 56-cı ayə, şeytandan Allaha sığınıram: "Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa". Allahı dost biləcəyik, Peyğəmbər (s.ə.v)-i dost biləcəyik və möminləri, iman edənləri dost hesab edəcəyik. "Dost (vəli) etsə, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir." Hizbullah, Allah hizbi, Allah tərəfdarlarıdır. "Bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir." Əbcədi 2007, bu qədər təəccüblüdür. Harada dünya hakimiyyətindən bəhs edən ayə varsa, həmişə Mehdi (ə.s) dövrünü verir. Hərf-hərf hesablayaq, bunu görərsiniz. "Heç şübhə yoxdur." Baxın, Allah "heç şübhə yoxdur" deyir. Qəti olaraq belədir: "Qalib gələcək olanlar Allah tərəfdarlarıdır." Allahı müdafiə edənlər, Allah tərəfdarı olanlar müsəlmanlardır.

"Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun."  Kitab əhlini, məsələn, yəhudi və yaxud xristian nə edir? İslam dinini (haşa) ələ salır və oyun bilir. İslama, dinə hücum edir. "Bunları özünüzə dost  etməyin." Bunlara bir idarəçilik, bir hakimiyyət verməyin. "Və əgər inanırsınızsa, Allahdan qorxun." Vəli-idarəçi sözləri  bir-birləriylə əlaqəlidir, idarəçi edə bilməzsən, uzaq dayanmalısan. Əgər söz dinləyirsə, nəsihət verərsən, bu ayrı. Amma ələ salması və oyuncağa çevirməyi çox dəhşətli bir şeydir. Ya uzaqlaşarsan, heç danışmazsan və yaxud düzəltməyə cəhd göstərərsən amma öz üstündə bir idarəçi etməyəcəksən inşaAllah.

"Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır." Məsələn, azan oxunur, azana lağ edir, müsəlmanlar namaz qılır, onları ələ salır. Bu adamla nə danışacaqsan? Bu xüsusiyyətindən imtina etməyəndən sonra onunla bir əlaqə qurmaq olmaz. Onunla həmsöhbət olmağımız üçün bu xüsusiyyətindən imtina etməlidir. Bu xüsusiyyətində davam etdiyi müddətcə bu adamla bir əlaqənin olması mümkün deyildir. Çünki, dinə qarşı hörməti yoxdur, hörmətsizlik, həyasızlıq edir. Bu, həqiqətən onların anlamaz olmalarındandır.

 "De: “Ey Kitab əhli! Yalnız Allaha, bizə nazil edilənə və bizdən əvvəl nazil edilənlərə iman gətirdiyimizə və sizin əksəriyyətinizin günahkar olduğuna görəmi bizi məzəmmət edirsiniz?” Baxın, "çoxunuzun fasiqlər" amma çoxunuzun deyərkən, əksəriyyət nədirsə, o qədər. Demək ki, əksəriyyət olmayan qisim də var. Baxın, ayədə də, "Sizin çoxunuzun," hamınızın demir baxın, "çoxunuzun fasiqlər olmanız səbəbiyləmi bizdən xoşlanmırsınız?" Amma müsəlmanları sevərsə, müsəlmanın dininə lağ etmirsə, onunla əlaqə qurmaq olar, onunla evlənmək də olar. Məsələn, xristian qadınla evlənərsən, hörmətlidir sənin dininə qarşı, bunda bir şey yoxdur. Amma dinə hücum edirsə, təhqir edirsə, hörmətsizlik edirsə, onunla bir əlaqəmiz olmaz, inşaAllah. İdarəçi də etmək olmaz, evlənmək də, inşaAllah.