Kəhf surəsi, 13, 8, 9, 10, 12 ayələrinin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 16 fevral 2013 tarixli söhbətindən Kəhf surəsi ilə əlaqədar şərhlər.

Adnan Oktar: Şeytandan Allaha sığınıram.  “Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq”. “Biz də onların hidayətini artırdıq” , yəni Allah Hadi adı ilə, Mehdi adı ilə təcəlli etmişdir. Bəs bunun əbcədi neçədir? Əbcədi 1996-cı ildir. Bax, təkcə bir tarix vardır ki, o da 1996-cı ildir. Şeytandan Allaha sığınıram.  “Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq” . Allah hadi adı ilə təcəlli etmişdir. Bu dəqiq olaraq 1996-cı il tarixini verir. Allahın həmişə mehdiyyətin tarixini ayələrdə əbcədlə kodlaşdırmış olması çox qəribədir.

 “Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik”.  Yəni, Allah qiyaməti qoparar, bütün dünyanı sini kimi açıb dümdüz edər və hər yeri quru torpaq halına gətirərik deyir. Bunun əbcədi 1545-ci ili, yəni qiyamətin dəqiq tarixini verir. Təkcə bir dəqiq tarixi verir ki, o da 1545-ci ildir.  “Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik”.  Allah hər yeri dümdüz olan bir hala gətirərik deyir. Bu 8-ci ayədən sonra birbaşa Mağara və Rəqim əhlindən bəhs edən 9-cu ayəyə keçilir. A9 da maraqlanıb, soruşurlar. Hz. Əli (r.ə)-ə gələn 9 rəqəminə işarə edir. Deməli, 9 da nəsə bir şey var.

Baxın,  “Yoxsa sən mağara”  bax 9-cu ayənin əvvəlidir. 9-cu ayədə  “və Rəqim əhlinin” , yəni kəhf əhli, hz. Mehdi (ə.s)-ın tələbələrinə, Rəqim də hz. İsa (ə.s)-ın tələbələrinə işarə edir, inşaAllah.  “Möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?” . Çünki hər ikisi də qəribə qrupdurlar. Həm hz. Mehdi (ə.s)-ın tələbələri, həm də hz. İsa Məsih (ə.s)-ın tələbələri təəccüb ediləcək kimidirlər.  “Bir zaman gənclər mağaraya sığınıb” , bir yerə toplandıqları vaxt,  “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”  – demişdilər” . Mağaranın içində fəaliyyət göstərirdilər. İndi biz də betondan inşa edilən bir yerdəyik, eynilə bura da bir mağaradır. Amma Allah işimizdə bir asanlıq yaradır. Yəni nə edir?. Televiziya milyonlarca insanla əlaqə saxlamağımızı təmin edir. Daşdan inşa edilən bir mağaranın içində bütün dünya ilə əlaqə saxlayırıq. Bura ən çox 25-30 kvadrat metrlik sahəsi olan daşdan inşa edilmiş bir mağaradır. Amma bax bir nə deyir: “Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”. Bəs Allah necə yol göstərir?, Allah televiziya və internet vasitəsilə bizə yol göstərir. Yoxsa biz burada heç kəslə əlaqə qura bilməzdik. Allah düz yol göstərməyi, Dabbətül-ərz kanalı vasitəsilə edir. Deməli, burada hz. Mehdi (ə.s)-ın tələbələrinə də bir işarə vardır. Biz hz. Mehdi (ə.s) qabaqcılı olduğumuz üçün bu bizə də işarə edir, inşaAllah. “Bizə düz yol göstər!”. Allah da düz yolu göstərir.

“Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq”. Baxın, iki dəstə vardır. “Yox, o mənaya gəlmir” deyir. Qardaşım Allah iki dəstə vardır deyir. Rəqim əhlini ayırmaq üçün, qəbul etmək istəmirlər. Halbuki, Rəqim əhli də bir dəstədir, ikinci də başqa bir dəstədir. Baxın “Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq”. Çünki, həm hz. İsa Məsih (ə.s), həm də hz. Mehdi (ə.s) insanlardan gizlənir, lakin sonra ortaya çıxırlar. “Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq”, əbcədi 1996-cı ildir. “Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik”, əbcədi 1545-ci ili, yəni qiyamətin baş verəcəyi tarixi verir. Başa düşmədim, görmədim, eşitmədim deyə bilməzsiniz.