Kəhf surəsi, 30-31 ayələrinin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 16 fevral 2013-ci il tarixli söhbətindən Kəhf surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Bismillah. Şeytandan Allaha sığınıram. Allah: -“İman gətirib yaxşı əməllər edənlərə gəldikdə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik; məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!”-deyir. “Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik”. Əbcədi 2062-ci il tarixini verir, bu dünya hakimiyyətinin ən güclü olduğu illərdir, inşaAllah. “Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır”. Ədn bağları, Ədn deyilir.