Oynatıcıya atlaAna içeriğe atla
  • 14 yıl önce
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Tələbə baharı” VI Ümumrespublika tələbə yaradıcılığı festivalının Qala konserti Gəncədə baş tutdu.
Yaşıl teatrda açılışı olan "Tələbə baharı" festivalında 200-dən çox tələbə pop musiqisi, xalq mahnıları, caz musiqisi, klassik musiqi, estrada musiqisi, milli rəqslər, müasir rəqslər, bal rəqsləri üzrə bacarıqlarını nümayiş etdirdilər.
Konsertdə Qafqaz Universiteti yaradıcı tələbələri və kollektivlərinin çıxışı gurultulu alqışlarla qarşılandı. Qafqaz Universitetini təmsil edən istedadlı gənclərə Beynəlxalq status daşıyan festivalın müxtəlif nominasiyalar və janrlar üzrə diplomları təqdim olundu.

Kategori

🎵
Müzik

Önerilen