Seyyid Taleh Boradigahinin yeni mərsiyyəsi "Ələmdari Hüseyn" YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz : Qudsi Mus : Hacı Nasir Məddah Aranjıman : Fəriborz Xatəmi
Ey Əbəlfəzl Ələmdari Hüseyn Sənə qurban ola zəvvari Hüseyn
Saxlamışdın başım üstündə ələm Sənə xatir cəm idi Əhli Hərəm Nə qədər sağidin ey mehri uməm Qoymadın xar ola gülzari Hüseyn
Kəsdilər zülm ilə taki yolunu Tutdular tiğ ilə saği-solunu Saldılar firqeyi üdvan qolunu Ağladı dideyi xünbari Hüseyn
Rahi eşqində qolun oldu qələm Hüsnü vəsfin elədi şərhi rəqəm. Sən olubsan bilirəm mehri uməm Munşeyi dəftəri tumari Hüseyn
Bar İlaha bihəqi xətmi Rəsul Eyləmə sən bizi məhşərdə məlul Bi riya təziyəni eylə qəbul Bihəqi arizi gülnari Hüseyn
Sən öləndən sonra ey mehri munir Gəldilər qətligaha qövmi şərir Əhli-Beyti eylədi Şimr əsir Xar olub Abidi Bimari Hüseyn
Necə İbrahimə nar oldu hunud Bizədə rəhm eylə ya Rəbbi Vədud Qoyma nalə edə əflakə suud Bihəqi ahi şərərbari Hüseyn
Təkyəvu məscit olub şuri fəza Tutarıq biz sənə hər ildə əza Qoyma zülmətdə bizi ruzi cəza Ey olan mehri nurənvari Hüseyn
Gülşəni “Qudsə” gəlib bülbülü zar Eyləyə şuri nəvani izhar Gördü biçarə qalıb zari fikar Verdi bəs quvvəti qoftari Hüseyn
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!