Seyyid Taleh Boradigahinin yeni mərsiyyəsi "Ya Əli Əkbər" YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz : Hacı Arif Buzovnalı Mus : Hacı Nasir Məddah Aranj : Fəriborz Xatəmi
Sözlər :
Ya Əli Əkbər Ya Əli Əkbər Zinəti Heydər Şibhi Peyğəmbər
Canını ey can, eylədin qurban Düşmənin bi rəhm, sən susuz ətşan Qanilə doldu Kərbəla hər yan Qopdu ol dəmdə sandılar məhşər
Qətlini, niyzə eylədi parə Müşgbar cismə vurdular yarə Qönçəyi şuxi, tən tutub xarə Eylədi yeksan bi həya ləşgər
Çeşmi yavərdə gəldi yaş cuşə Ol lətif cismin aldı ağuşə Öpdü çeşmindən gəlmədin huşə Çəkdi min nalə ol şəhi muztər
Ondaki deşdi sinəni şəmşir Eylədin təkrar ayəyi təkbir Duydu bu sovti Zeynəbi qəmgir Dərdi faş oldu xatiri sərvər
Ruhi qudsiyyən yetdi cananə Can verib həqqə mərdi mərdanə Şiələr cümlə gəldi əfqanə Cismini ta ki, gördülər bisər
Arifin gözdə qalmayıb yaşı Möhnəti qəmdir dostu sirdaşı Bilməyin ani eşqidə naşı Olmuş ustadı ol pəri peykər
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!