Seyyid Peyman Boradigahinin yeni ilahisi "Şəhidim" YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz Pünhan əzimli Musiqi Möhsün L.. Aranj Teymur Şahmarov Rejissor operator Ravin Əliyev
Şəhidim şəhidim uca Allaha tez qovuşdun Vətən üçün hünərlə canınla başınla vuruşdun Təbəssüm üzündə Səni gözlər qarşıda səadət məqamı
Şəhadət libasın şərəflə geyindin mübarək Bu tarıx unutmaz səni öz Anan tək Atan tek Şəhadət şərabın İçibsən yaşatdın ən ali ən ülvü məramı
Ey vəfali qəhrəman şəhid Qəlbimizdə iz salan şəhid Nuru gözdən itməyən ey ömrü bitməyən Bu xalqımız sənə gör necə ağlayır
Ey cəmalı nur saçan igid Ruhu cənnətə uçan igid Gözlərində surətin alovlu həsrətin Sevənlərin necə qəlbini dağlayır
Əzəldən müqəddəs şəhidlik dəyişməz şuarın Ürəkdə bu niyyət könüllü verilmiş qərarın Ölümdən uzaqdır həyatdan işarə Şərəfdən nişanə məzarın
Bir adəm önündə yaratdı ilahi min aləm Min aləm dolansaq tapılmaz sənin tək bir adəm İlahi yanında qovuşsaq gedər bu üzüntü Bitər bu kədər qəm
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #SeyyidPeyman #Sehidim
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!