Seyyid Fariq Boradigahinin yeni ilahisi "Ya Heydər" YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ http://www.youtube.com/seyyidtalehboradigahi
Söz : Seyyid Fariq Mus : Anonim Aranjiman : Fəriborz Xatəmi Uşaq xoru : Heyyəte Yavərani Məhdi
Rollarda : Əliyev Həsən Cahangirov Cahan Cahangirov Zeynalabdin Abbasov Abbas Abbasov Kənan Abbasov Amin Həsənov Məhəmməd Heyderov Seyyid Huseyn Axundov Mehemmed
Sözləri : Təvəkkul eylə Allaha, təvəssül şahe mərdanə Əli tək kim edib, canın fəda dünyadə Quranə Əli dünyayə göz açdı ona yer verdi beytullah Bu izzətdir qucaqımda Əli gəldi bu dünyayə Sənsən, mənim aləmdə gözəl şahım gecələr nur çiləyən mahım, Sənsiz hər an ucalır ahım, Mövla sənə bu canımı qurban edərəm hər nəyim var sənə ehsan edərəm Gecə gündüz Əli mövla deyərəm
Hey səslədin gecələr ki, ya Rəbbe, Ya Rəbbe Başından zərbət dəydi dedin Fuztu və Rəbbil Kəbə Ya Heydər, ya Heydər ..
Salam olsun sənə Mövla, adın dillərdə əzbərdir. Adın qurbanı ollam men, adın cane Peyəmbərdir. Əgər pak olmaq istərsən, ürəkdən səslə ya Heydər Nəzər qılsa sənə Movla, olarsan Qəmbərə bənzər
Canım qurban olsun sənə, ey sultane şahe Nəcəf Aləmlər qapında gəda, sənsən aləmlərə şərəf
Hey səslərdin gecələr ki, ya Rəbbe, ya Rəbbe Zərbətləndin, səsləndin, Fuztu və Rəbbil Kəbe
Facebook http://wedia.link/7uUqF
instagram http://wedia.link/p3N5X
Tiktok http://wedia.link/C7OzV
Twitter http://wedia.link/ZuDU3
Telegram https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!