Zəlzələnin sürüşmə sahələrinə təsiri öyrəniləcək
♦♦ Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrəniləcək.
Qalanews.com bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu məqsədilə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb.
Monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrupun üzvləri sözügedən rayonlara ezam olunub.
RƏSMİ AÇIQLAMA: "Hiss olunan və olunmayan afterşoklar ola bilər"
Qalanews.com bildirir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, axırıncı iki afterşok hiss olunmayıb: "Son iki afterşokun maqnitudası 3-dən yuxarı olub. Hazırda afterşoklar davam edir, hiss olunan və olunmayan afterşoklar ola bilər".
Qurumun sözçüsü qeyd edib ki, Xidmətin baş direktoru Qurban Yetirmişli ərazidədir: "Əraziyə baxış keçirilir".
Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
İcra hakimiyyəti: "Zəlzələ Şamaxıda 14 kəndə ziyan vurub"
Qalanews.com bildirir ki, bu barədə Şamaxı Rayon İcra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova məlumat verib.
İcra başçısının müavini bildirib ki, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədir: "Cənab nazirlə icra başçısı hadisə yerinə baxış keçirir. Zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib, dağıntılar var. Amma xoşbəxtlikdən insan tələfatı olmayıb. Yaradılmış komissiya dağıntı olan və ziyan çəkən evlərin sayını müəyyənləşdirir".
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.
⌨ https://www.qalanews.com
▶ Xəbərdar olun ;
Hərbi
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwFLDdBJuZ-CzpbRlnxAPoka
Dünyada
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHM9wbruVFTqcnHvgYXBhp_
İqtisadiyyat
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwEbZFoerG_4KTaMSz2tSZlz
Siyasət
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHEWVONCCtjzhOScTdLXHLn
Araştırma
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHRe1lSX9gpT2TwOAh0v9xJ
Hadisə
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwEM-VPTwTTK8sUHYAPHXBT_
Sosial
https://www.youtube.com/playlist?list=PLNeFyU
Yorumlar