Bu gün səhər saatlarında Rusiyanın Müdafiə Nazirliyi mətbuat xidməti Baltik dənizi üzərində, Rusiya sərhədlərinə maksimal şəkildə yaxınlaşmış İsveçə məxsus "Qolfstrim" rabitə kəşfiyyat təyyarəsini havada ələ keçirdikləri haqqında məlumat yayıb.
Qalanews-un araşdırmasına görə səhər saatlarında Rusiyanın Baltik dənizi ərazisindəki hava hücumundan müdafiə sistemlərinin radarlarında
Rusiya sərhədinə yaxınlaşan İsveçə məxsus rabitə kəşfiyyat təyyarəsi müşahidə edilib.
Döyüş həyacanı ilə havaya qaldırılan su 27 döyüş təyyarəsi həmin təyyarəyə yaxınlaşaraq xəbərdarlıq edib.
Xəbərdarlıqdan sonra İsveçə məxsus rabitə kəşfiyyat təyyarəsi "Qolfstrim" ərazidən uzağlaşaraq sərhəd zolağını tərk edib.
Yorumlar