Venesuela paytaxtı Karakasda güclü partlayışlarla müşayiət olunan zorakı toqquşmalar baş verib.
♦♦ Qalanews.com bildirir ki, bu barədə Venesuelanın TVV telekanalı "Twitter"də məlumat verib.
"Petare bölgəsində güclü partlayışlar və körpüdə toqquşmalar olub", - telekanalın məlumatında deyilir.
Bir sıra KİV qumbara və gözyaşardıcı qazlı bombalar partladıldığını yazıb.
Son günlərdə baş verən etirazlar zamanı 218 nəfər həbs edilib, azı 16 nəfər ölüb.
Məlumata görə, yanvarın 21-də 9, ayın 22-də 34, bir gün sonra isə 175 nəfər həbs olunub.
Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.
⌨ https://www.qalanews.com
▶ Xəbərdar olun ;
Hərbi https://www.youtube.com/playlist?list=PLNeFyUUButwFLDdBJuZ-CzpbRlnxAPoka
Dünyada https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHM9wbruVFTqcnHvgYXBhp_
Siyasət https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHEWVONCCtjzhOScTdLXHLn
Araştırma https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHRe1lSX9gpT2TwOAh0v9xJ
Hadisə https://www.youtube.com/playlist?list=PLNeFyUUButwEM-VPTwTTK8sUHYAPHXBT_
Sosial https://www.youtube.com/playlist?list=PLNeFyUUButwGg5rvqZ03uttRkthpHBa8D
Ölkə https://www.youtube.com/playlist?list=PLNeFyUUButwGONlxaOpxKlZzligbtqhf-
▶ Qala News Team - Unikal geniş miqyaslı xəbər portalı yaradan gənc proqramçılar komandasıdır.Məqsədimiz - Siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı, onları dinləməkdə mümkündür. Saytımızı inkişaf etdirməyə çalışırıq.