Oynatıcıya atlaAna içeriğe atlaAltbilgiye atla
  • 09.07.2018
"Demədi Demə" kanalı Bahadur Seyidova məxsusdur.
Facebook - profili -
İnstagram -
Video içi reklamları üçün əlaqə - 0553624969
(Diqqət! bu nömrəyə yalnız reklam üçün müraciət edə bilərsiniz.)

Varlı olmaq üçün 7 üsul

Səhər 9-dan axşam 6-ya kimi işləyirsiniz, lakin, pulunuzu üst-üstə yığa bilmirsiniz? O zaman, varlanmaq üçün pillələri bir-bir çıxmağı düşünün. Birdəfəyə hoppanmaqla heç nəyə nail olmaq mümkün deyil…
Varlı olmağın təməli zehindən başlayır, düşüncə tərzi və davranış qaydaları isə bolluğun və bərəkətli qazancın açarıdır.
Beləliklə, varlı olmaq üçün 7 üsula nəzər salaq.
1. Xəyal qurun. Təbii ki, burda söhbət varlı olub pulu necə xərcləməyin xəyalını qurmaqdan getmir. Bir uğurdan digərinə tərəf necə cəsarətlə qaçdığınızı xəyal edin…
2. Gəlirinizi artırın. Bunu kiməsə fırıldaq gəlmədən edin. El arasında belə bir söz var: “İşçi 13-cü maaş, dükançı birdəfəlik qazanc istəyir”. Təbii ki, bu arzuya qarşı çıxmaq fikrimiz yoxdur. Lakin, işçi 13-cü maaş üçün direktora ağız açmaya da bilər; o, bir il ərzində işinə can yandırmalı, yeri gəldikdə, iş yerinin axsayan işlərini öz boynuna götürməkdən çəkinməməli, əlavə pulu öz əməyi ilə qazanmalıdır.
3. Bədxərc olmayın. Qənaət sizə pul yığmaq imkanı yaradacaq. Hər ay istəyinizin birindən əl çəksəniz, bir neçə aya müəyyən miqdar pulunuz olacaq.
4. Qazanc üçün fürsəti qaçırmayın. Çalışın ki, heç olmasa, bir neçə varlı adamla salam-kalamınız olsun. Çünki, pulu qazanmaq üçün lazım olan fürsəti əldən qaçırmamaq haqda varlılar daha çox danışır.
5. Risk etməkdən qorxmayın. Dəyişikliyə qucaq açın. Cəsarətinizi toplayın, yüz ölçüb, bir biçin və risk edin…
6. Maya qoymadan qazanc gözləmək olmaz. “Həm ziyarət, həm ticarət” filmində Əhmədiyyənin güzgü önündə danışdığı lotoreya əhvalatı, yəqin ki, hamının yadındadır. Elə misalı ordan çəkək: “Ay Əhmədiyyə, heç olmasa bir dənə lotoreyni bilet al da, nolar”.
7. Unutmayın:
-“Xəyallarınızdan qorxmursunuzsa, demək, düzgün xəyallar qurmursunuz”.-deyib Riçard Branson.
-Ən varlı insan, ən az şeyə ehtiyac duyandır.
-Saxta həyat yaşamayın. Varlı görünmək istəyi heç kimi varlandırmayıb.
-Varlılar həmişə varlılarla dost olmur, çox vaxt həyatına rəng qatanlarla zaman keçirmək istəyir.

Önerilen