Haqqə surəsi, 13-20-ci ayələrin təfsiri

  • 8 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Haqqə surəsi 13-cü ayə: "Sur bircə dəfə üfürüləcəyi..." İndi, Allahın "üfürmə" dediyi şeyin nə olduğunu biz bilmirik. O hadisə olanda, Allah “bu üfürmədir” deyəndə, deməli “biz, nəzərdə tutulan budur” deyəcəyik. Yəni hadisənin başlamasının adı da ola bilər. 14-cü ayə: "Yer və dağlar qaldırılıb"-yəni hərəkət etdirilib, qaldırılacağı-"bircə dəfə bir-birinə çarpılacağı zaman", bir-birinə çarpılıb parça-parça olacağı vaxt. Bu son çarpılmadır, əvvəl ilk (zərbə) çarpılma var. Sonra bu, ikinci dəfə, son zərbə olar. Bu çox şiddətli zərbə olar. Bu vaxt dünya artıq dağılar, un kimi olar, kosmos da dağılar, toz kimi olar, yayılar. İndi dünya kürədir, partlayışın təsiriylə, nimçə kimi açılacaq, tozdan torpaqdan yaranmış olaraq. Kosmosun mərkəzində bir nüvəsi var, ətraf