Şeytan insanların Quranda bildirilən həqiqətləri öyrənməsinə mane olmaq üçün onlara “yaxınlaşmayın, uzaq olun!” əmrini verir. Bu məqsədlə, ona tabe olanları Quranı oxuyan, xatırladan, əməl edən və Qurana dəvət edən insanlardan uzaq tutmağa çalışır. Çünki iman gətirənlər davranış və danışıqları ilə insanlara Allah’ı xatırladır, gözəl əxlaqı ilə digər insanlara müsbət təsir edir və onlarla birlikdə olanların qəlbinin İslama isinməsinə vəsilə olurlar. Şeytan isə tərəfdarlarının iman gətirənlərə qarşı kobud və təcavüzkar davranmasını istəyir. Çünki belə olduqda aralarında əlaqənin yaranması ehtimalı azalır. Quranda inkarçıların Allah’ın ayələrini xatırladan möminlərə qarşı davranışları belə bildirilir:
Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyərlər. Onlar: “O, divanədir!” – deyirlər. Halbuki bu (Quran) aləmlərə ancaq bir öyüd-nəsihətdir! (Qələm surəsi, 51-52)