Oynatıcıya atlaAna içeriğe atlaAltbilgiye atla
  • 10 yıl önce
Ən qədim bitki növlərindən olan xurma ləzzətli dadı ilə yanaşı, qidalandırıcı xüsusiyyətinə görə də əhəmiyyət daşıyır. Tərkibi 60-65% şəkərdən ibarətdir. 
Həkimlər bədənin enerjisini bərpa etmək və ana südünü artırmaq üçün hamilə qadınlara tərkibində meyvə şəkəri olan qidaların qəbul edilməsini tövsiyə edir. Doğuş zamanı baş verən qan itkisi bədəndə şəkərin miqdarının azalmasına səbəb olur. Xurma bədənin şəkər ehtiyacı baxımından olduqca vacibdir, həmçinin qan təzyiqinin aşağı düşməsinin qarşısını alır. 
Xurmanın tərkibində olan oksitosin maddəsindən müasir təbabətdə doğuşu asanlaşdıran dərman kimi istifadə edilir. Doğuşdan sonra isə ana südünün artmasına kömək edir. 
Bundan başqa, xurmada insan bədənini mexaniki və istilik enerji ilə təmin edən, bədəndə asanlıqla parçalanan şəkər növü – fruktoza var. Müxtəlif vitamin və minerallara malikdir. Həmçinin lif, yağ və zülal baxımından da olduqca zəngindir. Tərkibində natrium, kalium, kalsium, maqnezium, dəmir, kükü

Kategori

🗞
Haberler

Önerilen