Oynatıcıya atlaAna içeriğe atla
  • 11 yıl önce
Ana pinqvin yumurta qoyduqdan qısa bir müddət sonra qış öz sərt üzünü göstərir. Bu vaxt ana pinqvin yumurtanı erkək pinqvinə verərək qida axtarmaq üçün dənizə qayıdır. Erkək pinqvin isə yumurtanı donmaqdan qorumaq üçün ayaqlarının üstündə daşıyır. Onun qalın tükləri yumurtanı soyuqdan qoruyur. 
Bu, olduqca çətin bir dövrdür. Çünki erkək pinqvin yerindən tərpənmədiyi üçün qidalana bilmir. 
Yaz aylarında pinqvin balaları dünyaya gəlir. Onları soyuqdan qoruyan piy qatı hələ formalaşmadığı üçün bir müddət erkək pinqvinin ayaqlarının üstündə qalmağa davam edirlər. Balanın ilk qidası ata pinqvinin onun üçün qursağında saxladığı süddür. Erkək pinqvin 4 ay boyunca ac qalsa da, fədakarlıq göstərərək qursağındakı qidanı yeməyib balası üçün saxlamışdır. 
Həmin vaxtlarda ana pinqvinlər dənizdən sahilə qayıdırlar. Onlar bu 4 ay müddətində ovlanaraq yumurtadan çıxan balalar üçün qursaqlarında qida toplamışlar. Ana pinqvinlər gələn kimi erkək pinqvinlər qida tapmaq üçün dənizə qay

Kategori

🗞
Haberler
Yorumlar

Önerilen