Hörmətli Adnan Oktarın 25 dekabr 2010-ci il tarixli reportajından Sad surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Bismillah, Sad surəsi, şeytandan Allaha sığınıram. "Biz Davuda Süleymanı bəxş etdik". Allah onu, Süleyman (ə.s)-ı bir nemət olaraq verir. "O necə də gözəl qul idi! Daima Allaha üz tutardı". Hz. Süleyman (ə.s), yaşadığı dövrün Mehdisidir. Belə ki, Peyğəmbərimiz (s.ə.v): "Hz. Zülqərneyn (ə.s) və Süleyman (ə.s) kimi, övladlarımdan olan Mehdi (ə.s) da dünyaya hakim olacaq" deyir. "Hanı ona axşama yaxın", bax, çox mənalıdır, "axşama yaxın", bunun hikmətini sonra izah edərik inşaAllah. "Üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, qarabəniz atlar göstərildi. Süleyman dedi: “Mən, nemətə (yaxud ata) olan məhəbbəti Rəbbimi zikr etmək üçün üstün tutdum". Bitkiləri, heyvanları, mal-dövləti, sarayları, ən əsası da insanları Allah üçün sevirəm. Bildiyiniz kimi hz. Süleyman (ə.s)-da heyrətamiz bir qa