Nəml surəsinin 27-32-ci ayələrinin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 6 noyabr 2012-ci il tarixli reportajından Nəml surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Hz. Süleyman (ə.s) Hüdhüdə: "Baxaq görək sən doğru deyirsən" deyir. Birindən bir xəbər gələn kimi, dərhal əmin olmaq olmaz. Nə deyir?. "Baxaq görək" deyir. "Əvvəlcə doğru deyib demədiyinə bir baxacağam" deyir, elə deyilmi?. Kor-koranə inanmaq olmaz. Araşdırmaq lazımdır. "Yoxsa yalançılardansan?". “Mənim bu məktubumu apar onların yanına at". Deməli, məktubla da təbliğ etmək olar, kitab göndərməklə də olar, uzaqdan da olar. Mütləq həmin yerə getmək vacib deyil. “Mənim bu məktubumu apar onların yanına at. Sonra isə onlardan bir qədər uzaqlaş”. Çünki, bir az düşünsünlər, oxusunlar. Bir kitabı, bir yazını verdikdən sonra gedib dərhal "nə qənaətə gəldin?" deyə soruşmaq olmaz. Bir az uzaqlaş, vaxt ver, bir az düşünsün, araşdırsın. "Sonra isə bax gör nə cavab verəcəklər!?", yəni nə cür bir

Önerilen