Nur surəsi, 60-cı ayənin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 17 oktyabr 2012-ci il tarixli reportajından Nur surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Nur surəsi, 60-cı ayə. Şeytandan Allaha sığınıram. "Ərə getməkdən ümidini üzüb də evdə oturan qadınlara", burada izah etmişdir, "(heyzdən kəsilmiş və uşaq doğmaq qabiliyyətini itirmiş yaşlı qadınlara)", yəni cinsi aktivliyini itirmiş, doğma gücü olmayan qadınlar, yaşlı qadınlar. Ona nə deyilir?. Klimaksmı deyilir?.

"Zinətlərini göstərmədən (üst) paltarlarını çıxartmalarında bir günah yoxdur. Yenə də iffətli olmaları özləri üçün daha xeyirlidir. Allah, Eşidəndir, Biləndir". Yəni: "Bu qadınlar çölə çıxdıqları vaxt çarşablarını çıxara bilərlər" deyir. Mən ayədən bunu başa düşürəm. Yəni alt paltarıyla çölə çıxa bilər. Artıq alt paltarları nədirsə, həmin anda evlərində geydikləri alt paltarlarıyla çölə çıxa bilərlər. "Bu günah deyildir" deyir. Əgər çöl mühiti əlverişli deyilsə, yəni etibarlı deyilsə, təcavüzə məruz q